...

Ukrayna prezidenti 2009-cu ildə yeni silah növlərinin əldə edilməsini təklif edir

Siyasət Materials 30 Avqust 2008 11:42 (UTC +04:00)

Ukrayna, Kiyev, 30 avqust / Trend , müxbir Z.Novosvitski/ Ukrayna prezidenti Viktor Yuşşenko 2009-cü ildə yeni silah növlərinin alınması üçün dövlət büdcəsindən 5 mlrd. qriven (təqribən 1 mlrd. dollar) ayrılmasını təklif edir. Bu barədə brifinqdə Prezident Katibliyi rəhbərinin birinci müavini Aleksandr Şlapak bildirib.

"Söhbət, ilk növbədə, yeni növ silahların alınmasından gedir. Müvafiq Dövlət Proqramı hazırlanıb, onun maliyyələşdirilməsi təqribən 5 mlrd. qriven həcmində müəyyən olunub. Bu vəsait bütünlüklə müdafiəyə deyil, əsasən, yeni növ silahların alınmasına yönəldilməlidir", - deyə Şlapak bildirib.

Ukrayna prezidenti Viktor Yuşşenko əvvəllər bildirib ki, Ukrayna Cənubi Osetiyadakı hadisələrlə əlaqədar müdafiə xərclərini artırmaq məcburiyyətində qalacaq.

Ukraynanın müdafiə naziri Yuri Yexanurov da 2009 - cu ildə hərbi büdcənin 32 mlrd. qrivenədək artırılması mövqeyindən çıxış edir. Ölkənin hazırkı müdafiə büdcəsi təqribən 9,9 mlrd. qriven təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti