Azərbaycan, Bakı, 01 sentyabr / Trend , L.Əbdüləzimova/ Çində baş vermiş zəlzələ bu ölkədə yaşayan azərbaycanlılardan yan keçib.
"Azərbaycanın Çindəki səfirliyində baş vermiş zəlzələ nəticəsində azərbaycanlılar arasında mümkün tələfat haqqında heç bir məlumat daxil olmayıb", - bazar ertəsi Trend -a Pekindəki səfirlikdən deyiblər.
Ötən şənbə günün ikinci yarısında Sıçuan əyalətində 6,1 gücündə güclü zəlzələ qeydə alınıb.
Çinin cənub-qərbindəki zəlzələ nəticəsində 33 nəfər həlak olub, 500-dən çox adam yaralanıb, 150 mindən çox yerli sakin təhlükəsiz yerlərə evakuasiya edilib. Təbii fəlakət 258 min yaşayış evini dağıdıb, - vesti.ru xəbər verir.