...

Azərbaycanın müxalifət bloku fəaliyyətini dayandırmayacağını açıqlayıb

Siyasət Materials 2 Sentyabr 2008 13:43

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 02 sentyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın müxalifət partiyalarının təmsil olunduğu "Azadlıq" bloku fəaliyyətini dayandırmayacağını açıqlayıb.

"Heç bir partiya bizim qarşımızda "Azadlıq" blokunun fəaliyyətini dayandırması tələbini irəli sürə bilməz", çərşənbə axşamı Trend -a "Azadlıq" blokunun həmsədri, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev bildirib.

Trend -un arayışı: Azərbaycanda oktyabrın 15-də keçiriləcək prezident seçkisini boykot edən bir qrup müxalifət partiyası yeni birliyin yaradılması haqda danışıqlar aparır. Müxalifətin yeni birliyinin yaradılması təşəbbüsünü "Azadlıq" bloku irəli sürüb. Bu həftənin sonunda bir qrup müxalifət partiyasının sənəd imzalayacağı gözlənilir. Yeni birlikdə təmsil olunan digər partiyalar "Azadlıq" blokunun fəaliyyətini dayandırmasını tələb edirlər.

"Azadlıq" blokunda üç müxalifət təşkilatı - Azərbaycan Xalq Cəbhəsi (AXCP), Vətəndaş və İnkişaf (VİP) partiyaları və Milli Birlik Hərəkatı təmsil olunur.

"Yeni birliyin yaradılması "Azadlıq" blokunun fəaliyyət göstərməsini istisna etmir. Biz yeni birliyin yaradılması təşəbbüsü ilə çıxış edəndə, birinci şərtimiz "Azadlıq" blokunun fəaliyyətini davam etdirməsi ilə bağlı olub. Çünki "Azadlıq" sınaqdan çıxmış blokdur. Ona görə də bu sahədə yeni eksperimentlər etmək niyyətində deyilik", - blokun həmsədri əlavə edib.

Onun sözlərinə görə, "Azadlıq" blokunda təmsil olunan partiyalar arasında müttəfiqlik münasibətləri mövcuddur. Əliyev vurğulayıb ki, yaradılacaq yeni mərkəzdə təmsil olunan partiyalar arasında isə müttəfiqlik münasibətlərinin yaranması haqda danışmaq mümkün deyil.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti