...

Türkiyə Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir - Əli Babacan

Siyasət Materials 2 Sentyabr 2008 16:15 (UTC +04:00)
Türkiyə Gürcüstanın ərazi bütövlüyünü  dəstəkləyir - Əli Babacan

Azərbaycan, Bakı, 02 sentyabr/ Trend / Türkiyə xarici işlər naziri ilə Rusiyanın XİN rəhbəri Sergey Lavrov arasında İstanbulda keçirilən görüş zamanı Türkiyənin XİN rəhbəri Əli Babacan ölkəsinin Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib. Bu haqda CNN telekanalı sentyabrın 2-də məlumat verib.

XİN rəsmilərinin keçirdiyi görüşdə türkiyəli nazir rəsmi Ankaranın Rusiya ilə dost və qardaş ölkə olduğunu bir daha vurğulayıb.

"Rusiya Türkiyənin dostu və qardaşı olmaqla yanaşı, həm iqtisadi tərəfdaşıdır", - deyə Babacan bildirib.

Xəbər lenti

Xəbər lenti