...

GUAM sağdır, işləyir və onun böyük potensialı var – Ukrayna səfiri (video)

Siyasət Materials 4 Sentyabr 2008 12:08 (UTC +04:00)
GUAM sağdır, işləyir və onun böyük potensialı var – Ukrayna səfiri (video)

Azərbaycan, Bakı, 04 sentyabr / Trend , müxbir S.Ağayeva/ "Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat - GUAM" sağdır, işləyir və təşkilatın böyük potensialı var. Bu barədə cümə axşamı jurnalistlərə Ukraynanın Azərbaycandakı səfiri Boris Klimçuk bildirib.

"GUAM kiməsə qarşı işləmir, o, təkcə energetika sahəsində deyil, müxtəlif sahələrdə maraqlarımızın təsdiqi üçün yaradılıb", - deyə diplomat bildirib. O, Gürcüstan hadisələrindən sonra GUAM-ın zəifləməsinə dair bütün şübhələri təkzib edib.

Avqustun 8-nə keçən gecə tanınmamış Cənubi Osetiya Respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar.

Avqustun 12-də RF prezidenti Dmitri Medvedyev bildirib ki, "Gürcüstanı sülhə məcburetmə əməliyyatı"nın dayandırılması barədə qərar qəbul edib.

GUAM-ın formatı 1997-ci ildə Strasburqda Avropa İttifaqı dövlət başçılarının Sammiti zamanı postsovet dövlətləri tərəfindən yaradılıb. 1999-cu ildə bu formata Özbəkistan daxil olsa da, dörd ildən sonra təşkilatı tərk edib. 2006-cı ildə Kiyevdə ilk sammit zamanı GUAM-ın beynəlxalq təşkilat və "Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat - GUAM" kimi elan olunması haqda qərar qəbul olunub

Xəbər lenti

Xəbər lenti