...

Bakı İran və Türkmənistan ilə Xəzərin problemlərinə dair danışıqların davam etdirilməsi mövqeyindən çıxış edir – XİN rəhbəri

Siyasət Materials 4 Sentyabr 2008 15:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 sentyabr / Trend , müxbir S.Ağayeva/ Rəsmi Bakı Xəzərin hüquqi statusu üzrə sazişin əldə edilməsi üçün İran və Türkmənistan ilə ikitərəfli danışıqların davam etdirilməsi mövqeyindən çıxış edir. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

"Biz Xəzər dənizinin dibinin sektorlara ayrılması məsələsinin möhkəmləndirilməsi üzrə dost İran və Türkmənistan ilə ikitərəfli danışıqları davam etdirməyin tərəfdarıyıq", - deyə cümə axşamı Bakıda xarici işlər nazirlərinin müavinləri səvtiyyəsində keçirilən Xəzəryanı ölkələrin işçi qruplarının birgə iclasında Məmmədyarov bildirib.

Nazir bildirib ki, Bakı Azərbaycan, Qazaxıstan və Rusiya arasında Xəzərin dibinin bölünməsinə böyük əhəmiyyət verir. Bu, ümumilikdə dənizin hüquqi statusu üzrə ümumi razılığın əldə olunması üçün yaxşı hüquqi baza yaradır.

Onun sözlərinə görə, Azərbaycan tərəfi danışıqlar prosesinin fəallaşdırılmasına sadiqlik nümayiş etdirir və Xəzəryanı dövlətlər arasında qarşılıqlı anlaşma potensialının yuxarıda xatırlanan məsələlərin həllinə nail olmaq üçün yardım edəcəyinə əminliyini ifadə edir.

Bununla yanaşı, Məmmədyarov bildirib ki, hazırki mərhələdə hüquqi status məsələsinə dair bəzi fikir ayrılıqları Xəzəryanı dövlətlərin Xəzər üzrə suveren hüquqlarını həyata keçirməyə, həmçinin Xəzəryanı dövlətlərin ikitərəfli əməkdaşlığına məne olmamalıdır. "Dənizin dibinin bölünməsi və təhlükəsizlik, sualtı kabellərin və boru kəmərlərinin çəkilməsi, qitələrarası Xəzəryanı dövlətlərin digər dəniz və okeanlara çıxışının təmin edilməsi, həmçinin digər konseptual məsələlər üzrə Xəzər dənizinin su hövzəsindən istifadə üzrə müzakirələrin davam etdirilməsini mühüm hesab edirəm", - deyə Məmmədyarov bildirib.

Nazir bildirib ki, Bakı Xəzərin iqtisadi vəziyyətinin yaxşılaşdırılması, dənizin hüquqi statusuna dair Konvensiyanın razılaşdırılması və qəbul olunmasına mühüm əhəmiyyət verir. "Düşünürük ki, hazırki problemlə bağlı olan bütün məsələlər Xəzəryanı dövlətlər arasında hamı tərəfindən qəbul edilmiş normalar və beynəlxalq hüquq prinsipləri əsasında konstruktiv dialoq vasitəsilə həll olunmalıdır", - deyə o bildirib.

Nazir "dünya ictimaiyyətinin təhlükəsizliyini təhdid edən beynəlxalq terrorçuluqla" mübarizədə Xəzəryanı dövlətlərin səylərini birləşdirməsinin böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. "Bununla əlaqədar Xəzəryanı dövlətlərin qarşılıqlı əlaqələrinin mühüm komponentləri Xəzəryanı dövlət rəhbərlərinin ikinci sammitində Rusiya tərəfindən dəstəklənən və Qazaxıstan tərəfindən təklif olunan formatda əldə olunan razılaşmalardan çıxış edərək Xəzərdə təhlükəsizlik məsələlərinin nəzərdən keçirilməsindən ibarətdir", - deyə nazir bildirib.

Məmmədyarov bildirib ki, Bakı, sərhəd gömrük xidmətləri və daxili işlər idarələrinin xətti ilə əməkdaşlıq və Xəzərdə təhlükəsizliyin təmin edilməsi üzrə müqavilə layihəsi hazırlayıb və hazırda tərəflərə təqdim edir.

Xəbər lenti

Xəbər lenti