...

Gürcüstan prezidentinin sərəncamı ilə Rusiya ilə viza rejimi yenidən sadələşdirilib

Siyasət Materials 4 Sentyabr 2008 17:49 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 04 sentyabr/ Trend , müxbir N.Kirtsxaliya/Mixail Saakaşvili Rusiya ilə viza rejimini sadələşdirmək barədə göstəriş verib. Bu barədə cümə axşamı keçirilən xüsusi brifinqdə Gürcüstan xarici işlər nazirinin müavini Qriqol Vaşadze məlumat verib. Bir neçə gün əvvəl Tbilisi Rusiya vətəndaşlarına qarşı viza rejimini sərtləşdirmişdi.

"Lakin Gürcüstan prezidenti göstəriş verib ki, RF vətəndaşları yenidən ölkə sərhədlərində, Rusiya ilə sərhəddə yerləşən NBM- də və beynəlxalq hava limanlarında gürcü vizaları ala bilsinlər", - Vaşadze bildirib. Onun sözlərinə görə, ölkədə hərbi vəziyyət ləğv edildikdən sonra, Gürcüstan hökuməti sadələşdirilmiş viza rejiminə qayıtmaq barədə qərar qəbul edib. "Vəziyyət daha sakit olub, Gürcüstana təhlükə azalıb və biz əksəriyyəti Gürcüstanda doğulmuş sadə vətəndaşlara əlavə problemlər yaratmamaq qərarına gəldik", - nazir müavini qeyd edib.

Avqustun 8-nə keçən gecə tanınmamış Cənubi Osetiya respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar.

Avqustun 12-də RF prezidenti Dmitri Medvedyev bildirib ki, Gürcüstanı sülhə məcburetmə əməliyyatının dayandırılması barədə qərar qəbul edib.

Rusiya birtərəfli şəkildə Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti