...

Ukrayna prezident idarəçiliyi forması ilə respublika olaraq qalmalıdır – Regionlar Partiyasının lideri

Siyasət Materials 5 Sentyabr 2008 15:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 sentyabr/ Trend , müxbir V.Javoronkova/ Ukrayna prezident idarəetmə forması ilə respublika qalmalıdır, Ukraynada qanun aliliyi birdəfəlik bərqərar olmalıdır. "Vesti" telekanalının verdiyi xəbərə görə, bu barədə cümə günü Kiyevdə çıxış edən Regionlar Partiyasının lideri Viktor Yanukoviç bildirib.

"Seçicilər Konstitusiya və Xartiyaya uyğun olaraq, hakimiyyət hüququnu kimə etibar etdiklərini bilməlidirlər. Bu gün Ukrayna xalqı üçün həqiqət dövrü başlayıb. Biz anlayırıq ki, heç bir partiya və blok Ukraynanı, onun başı üzərində yaranan təhlükələrdən müstəqil şəkildə qoruya bilməz", - deyə Yanukoviç bildirib.

Onun sözlərinə görə, gələcək koalisiyanın formalaşdırılması ilə bağlı heç bir əməli danışıq olmayıb. "Bizim üçün ölkənin necə olacağı prinsipial əhəmiyyət kəsb edir. Biz Ukraynanın parçalanmaması üçün əməkdaşlıq şərtlərini müzakirə etməyə hazrıq", - deyə Yanukoviç bildrib.

Ekspertlərin dedikləri siyasi böhran Ukrynada artıq başlayıb. Hakim "narıncılar" koalisiyası dağılıb. Yuliya Timoşenko Blokunun hakim bloku dağıtmaq cəhdi ilə etdiyi çoxsaylı ittihamlardan sonra, prezidentyönlü "Bizim Ukrayna" koalisiyanı ilkin tərk edib. Ali Rada deputatlarının bu barədə qərarını Ukrayna Parlamentinin spikeri Arseni Yatsenyuk bəyan edib.

Xəbər lenti

Xəbər lenti