Azərbaycan, Bakı, 05 sentyabr / Trend / Azərbaycan prezidenti İlham Əliyev cümə günü Vatikanın ölkədəki nunsisi Klaudio Quqerottini qəbul edib.
Görüşdə Azərbaycanla Vatikan arasında əlaqələrin səviyyəsindən məmnunluq ifadə olunub, Azərbaycanda bütün dinlərin, o cümlədən katolik icması nümayəndələrinin sərbəst fəaliyyəti üçün hər cür şəraitin yaradıldığı vurğulanıb.