...

Azərbaycan bankı kapitalını artırır

Siyasət Materials 8 Sentyabr 2008 14:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 sentyabr / Trend , müxbir İ.Xəlilova/ "Bank of Azerbaijan" Nizamnamə kapitalının iki dəfə artırılması üzrə planların realizəsinə başlayıb. Bankın səhmdarları hələ 2006-cı ildə bu barədə qərar qəbul ediblər. Bakı Fond Birjasından (BFB) bazar ertəsi bildiriblər ki, Azərbaycan prezidenti yanında Dövlət Qiymətli Kağızlar Komitəsi bankın 10 mln. manat dəyərində sadə səhmlərinin emissiya prospektini qeydə alıb. Hər səhmin nominal dəyəri 20 manatdır.

Emissiyanın yerləşdirilməsi nəticəsində "Bank of Azerbaijan"ın kapitalı 20 mln. manatadək artacaq. Respublika İnvest səhmlərin yerləşdirilməsində anderreyter qismində çıxış edəcək.

2006-cı ildə bankın səhmdarlarının strukturunda dəyişikliklərdən sonra bu gün Türkiyənin "Turanlar Dış Ticaret" şirkətinin iştirak payı Dubayın NEM şirkətinə satılıb. Bir faiz səhm paketi Dubay bankına məxsusdur. Bundan əlavə, "Bank of Azerbaijan"ın səhmdarlarının tərkibinə iki fiziki şəxs - Azərbaycan vətəndaşları da daxildir.

Sentyabrın 8-nə olan cari mübadilə məzənnəsi - 0,8147 AZN/USD.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti