...

İsraildə keçiriləcək bələdiyyə seçkilərində iki azərbaycanlı da iştirak edəcək

Siyasət Materials 9 Sentyabr 2008 12:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 sentyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycan əsilli şəxslər İsraildə noyabrın 11-də  keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcək.

Namizədlər Azərbaycandan İsrailə köçmüş milliyətcə yəhudi Adam Amilov və Mixemia Mixaillidir, - çərşənbə axşamı   Trend -a Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən bildiriblər.

Hər iki namizəd Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının vitse-prezidentidir. Mixailli seçkilərə Akko şəhərindən qoşulub və şəhərin meri vəzifəsinə namizədlərdən biri sayılır. Amilov əvvəllər meri olduğu Kiryat Yam şəhərinin rəhbərinin müavini vəzifəsinə namizəddir.

Akko və Kiryat Yam Azərbaycandan gəlmiş yəhudilərin kompakt yaşadığı şəhərlərdir.

Xəbər lenti

Xəbər lenti