...

Azərbaycan prezidenti Yunanıstanın inkişaf nazirini qəbul edib

Siyasət Materials 9 Sentyabr 2008 18:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 sentyabr / Trend / Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Yunanıstanın inkişaf naziri Xristos Foliasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Xristos Folias "Azərbaycan və Türkmənistanın neft və qaz potensialı: energetika, iqtisadiyyat, ekologiya. Əməkdaşlığın strategiyası" mövzusunda keçirilən beynəlxalq konfransın işində iştirak etmək məqsədi ilə ölkəmizə səfər etdiyini deyib və tədbirin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.

Qonaq ölkələrimiz arasında iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini bildirib.
Azərbaycan prezidenti Azərbaycanla Yunanıstan arasında əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən iqtisadi, enerji və digər sahələrdə genişləndiyini vurğulıb.

Prezident İlham Əliyev Yunanıstanın inkişaf nazirinin ölkəmizə səfərinin bu əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edəcəyinə ümidvar olduğunu deyib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti