...

GUAM Azərbaycanda prezident seçkisini müşahidə edəcək

Siyasət Materials 9 Sentyabr 2008 18:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 sentyabr/ Trend , müxbir R.Novruzov/ "Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat - GUAM" Azərbaycanda qarşıdakı prezident seçkisində müşahidəçilərin monitorinq missiyasını yaradır.

Azərbaycan XİN oktyabrın 15 -nə təyin edilən prezident seçkisinə müşahidəçilər missiyası göndərmək üçün GUAM-a dəvət göndərib.

"Biz təşkilata üzv bütün ölkələrə dəvət göndərmişik və hazırda namizədlərin təqdim edilməsini gözləyirik. Müşahidəçilər Gürcüstan, Ukrayna və Moldova parlamentarilərindən olacaqlar", - GUAM-ın Baş katibi Valeri Çeçelaşvili bildirib. Müşahidəçilər missiyasına GUAM-ın Baş katibi başçılıq edəcək.

21 nəfər prezidentliyə namizədliyini irəli sürüb. Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, "Yaşıl Siyasət" Təşəbbüs Qrupunun sədri Mais Güləliyev, şair Ağaevli Əli İsa, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli lazım olan 40 min imzanı toplayaraq, MSK-ya təqdim ediblər.

GUAM-ın formatı 1997 - ci ildə Strasburqda Avropa İttifaqı dövlət başçılarının sammitində postsovet dövlətləri tərəfindən yaradılıb. 1999 - cu ildə Özbəkistan bu formata daxil olsa da, dörd ildən sonra onu tərk edib. 2006 - cı ildə Kiyevdə ilk sammit zamanı GUAM-ın beynəlxalq təşkilat və "Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat- GUAM" kimi elan olunması haqda qərar qəbul olunub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: trend

Xəbər lenti

Xəbər lenti