...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozublar

Siyasət Materials 11 Sentyabr 2008 10:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 sentyabr / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 10-da saat 14.45-dən 15.00-dək və 23.00-dan 23.20-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu Çinarlı kəndi ərazisindəki mövqelərdən, saat 08.20-də Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 11.30-dan 11.45-dək Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 16.10-dan 16.35-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 18.15-dən 18.20-dək Füzuli rayonunun Qərvənd kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.20-dən 23.40-dək Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutubar.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti