Azərbaycan, Bakı,15sentyabr / Trend , müxbir T. Cəfərov / Beynəlxalq Atom Enerji Təşkilatı bazar ertəsi yaydığı məruzədə İranın uranın zənginləşdirilməsi proqramının hərbi məqsədlər üçün olduğuna dair ittihamların araşdırmasında irəliləyişin olmadığı qeyd olunub. MAQATE rəhbəri Məhəmməd Əlbəradei bazar ertəsi bildirib ki, İranın hərbi məqsədlərlə nüvə fəaliyyətlərinə dair iddiaların araşdırması və digər məsələlərlə bağlı müzakirələrdə irəliləyiş yoxdur.