...

Azərbaycan və Rusiya prezidentlərinin görüşündə regiondakı proseslər müzakirə olunub – Əli Həsənov

Siyasət Materials 16 Sentyabr 2008 19:56 (UTC +04:00)
Azərbaycan və Rusiya prezidentlərinin görüşündə regiondakı proseslər müzakirə olunub – Əli Həsənov

Azərbaycan, Bakı, 16 sentyabr / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycan və Rusiya prezidentlərinin görüşündə Cənubu Qafqazda baş verən bütün proseslər müzakirə olunub, çıxış yolları araşdırılıb. Bunu çərşənbə axşamı jurnalistlərə açıqlamasında Prezidentin İcra Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib. Hər iki dövlətin Qafqazda aparıcı mövqe tutduğunu vurğulayan Həsənov bildirib ki, regionda baş verən proseslər müsbət və mənfi anlamda hər iki dövlətə təsir göstərir. O, prezidentlərin görüşündə ikitərəfli münasibətlərin müzakirə obyekti olduğunu deyib. Həsənovun sözlərinə görə, Azərbaycanın regionda rolu əhəmiyyətli olduğundan, vəziyətdən çıxış yollarının araşdırılmasında Azərbaycanın mövqeyini və rəyini nəzərə almamaq mümkün deyil.

Azərbaycan prezidenti İlham Əliyev RF- nin prezidenti Dmitri Medvedyevin dəvəti ilə Rusiyada işgüzar səfərdədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti