...

NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Siyasət Materials 17 Sentyabr 2008 16:13 (UTC +04:00)
NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Azərbaycan, Bakı, 17 sentyabr/ Trend , müxbir R.Novruzov/ NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və strateji baxımdan vacib ölkə kimi Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır. Bu barədə çərşənbə günü Brüsseldə, Fərdi Əməkdaşlıq Planı çərçivəsində, Azərbaycanın NATO ilə əməkdaşlığı üzrə "26+ 1" formatında keçirilən görüşdə bəyan edilib, - Azərbaycan XİN - in mətbuat xidmətindən Trend - a bildiriblər.

Görüşdə Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov və ölkənin müdafiə, milli təhlükəsizlik, daxili işlər nazirliklərinin nümayəndələri təmsil edib. Azərbaycanın xarici işlər naziri NATO - nun Baş katibi Yaap de Hoop Sxeffer və Alyansa üzv ölkələrin səfirləri ilə görüşdə Ermənistan - Azərbaycan münaqişəsinə toxunaraq bildirib ki, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Dağlıq Qarabağ və ona bitişik yeddi rayon - Azərbaycan ərazisinin 20 faizi Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 - cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ -ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Azərbaycan və NATO arasında əməkdaşlığın əsası 1994 - cü il mayın 4 - də "Sülh naminə tərəfdaşlıq" Proqramının - çərçivə sənədinin imzalanması ilə qoyulub. Azərbaycan bu Proqrama ilk qoşulan ATƏT-in 27 üzv dövlətindən biridir. Qarşılıqlı fəaliyyətin konkret istiqamətlərini müəyyən edən "Sülh naminə tərəfdaşlıq" Proqramı çərçivəsində rəsmi sənəd 1996 - cı ilin aprel ayında imzalanıb. Hazırda Azərbaycan həmin Proqrama müvafiq olaraq üzərinə qoyulmuş təxminən 50 vəzifəni yerinə yetirir. Azərbaycan prezidenti İlham Əliyev 2005 - ci il avqustun üçündə "Azərbaycan Respublikasının NATO ilə fərdi təərfdaşlıq üzrə fəaliyyə Planı barədə" fərman imzalayıb.

Hazırda əməkdaşlıq "Azərbaycan Respublikasının NATO ilə fərdi tərəfdaşlıq üzrə fəaliyyət Planı"nın ikinci mərhələsi çərçivəsində həyta keçirilir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti