...

FƏTH-in siyasətindəki uğursuzluqlar HƏMAS -ın Fələstində qəti qələbə imkanıdır

Siyasət Materials 18 Sentyabr 2008 10:40 (UTC +04:00)
FƏTH-in siyasətindəki  uğursuzluqlar HƏMAS -ın Fələstində qəti qələbə imkanıdır

Azərbaycan, Bakı, 17 sentyabr/ Trend , müxbir Ü.Sadıqova, G.Əhmədova/

FƏTH-in İsraillə danışıqlarda uğursuzluqları İslami müqavimət hərəkatı HƏMAS - a Fələstin administrasiyasının rəhbəri seçkilərində qələbə qazanmaq imkanı versə də, Qərbin və İsrailin muxtariyyətə hazırki təsiri hakimiyyətin müxalifətçilərə verilməsinə maneə törədəcək.

"HƏMAS -ın məşhurluğu muxtariyyətin yeni prezidentinin islamçı olacağı ehtimalı yaratsa da, ABŞ və Avropanın muxtariyyətin siyasi həyatına təzyiqi bu yolda başlıca maneə olacaq", - IMEMC (International Middle East Media Center) Beynəlxalq Yaxın Şərq Mətbuat Mərkəzinin direktoru Corc Rişmavi (George Rishmawi) bazar ertəsi Rəmallahdan elektron poçtla bildirib.

Sentyabrın 6 - da Fələstin Muxtariyyətinin (FM) hazırki rəhbəri Mahmud Abbasın səlahiyyət müddəti başa çatıb. 2009 - cu ilin yanvarında muxtariyyətdə növbəti hökumət başçısı seçkiləri keçiriləcək. Lakin Mahmud Abbas bəyan edib ki ki, 2010 - cu ilədək FM-in rəhbəri vəzifəsini tərk etmək niyyətində deyil, - Aljaazera telekanalı çərşənbə günü Fələstinin rəsmi mənbələrinə istinadən xəbər verib.

Hakim FƏTH partiyasının 2005 - ci ildə Qərb sahilində keçirilən prezident seçkilərində qazandığı qələbə əsas rəqibin - regionu idarə etmək üçün iki dəfə çox imkana malik HƏMAS - ın təzyiqinin artmasına mane ola bilməyib. 2006 - cı ildə HƏMAS parlament seçkilərində qələbə qazanmaqla Qəzzə zolağında nəzarəti ələ keçirdisə, bu gün muxtariyyət sakinlərinin böyük hissəsi hərəkatı dövlətin başında görmək istəyir.

Fələstinlilər İsraillə danışıqlarda HƏMAS -ın siyasətini FƏTH-in uğursuz cəhdlərindən daha səmərəli hesab edirlər. Fələstinli ekspert Rişmavinin rəyinə görə, HƏMAS seçkilərdə qələbə qazanmasa belə, onlar danışıqlarda öz rolunu artırmağa çalışacaqlar. Lakin HƏMAS danışıqlarda birbaşa iştirak edə bilməyəcək.

"FƏTH ona seçkilərdə iştirak etməyə imkan verməyəcək, bu halda o, öz hakimiyyətinin sonuncu bağlarını itirəcək. Lakin HƏMAS siyasətdə iştirakın digər yollarını axtaracaq", - o bildirib.

Muxtariyyətin dinc əhalisinə daha çox təsir göstərən iqtisadi təcrid, HƏMAS - a öz təsirini artırmaq üçün qismən faydalıdır, - Rişmavi hesab edir.

Onun sözlərinə görə, Fələstin və İsrailin daha güclü hakimə ehtiyacı var. Lakin muxtariyyət administrasiyası islamçıların FM - də hakimiyyətdə olmasında maraqlı olmayan Qərb və İsrailin güclü təsiri altındadır. İsrail və fələstin hakimlərinin vəzifədən eyni vaxtda gedəcəklərini nəzərə almaqla, HƏMAS -ın siyasi ambisiyaları indi daha realdır. HƏMAS cari ilin iyulunda İsraillə müvəqqəti atəşkəs sazişi imzalamaqla, danışıqları öz əlinə almaq niyyətində olduğunu sübut edib.

Müstəqil avropalı ekspert Kris Doylun rəyinə görə, HƏMAS bu sazişin uzadılması yolu ilə regionda mövqeyini müvəqqəti möhkəmləndirməyə qadirdir. O hesab edir ki, Olmert və Abbas artıq pis ad qazanıblar və hərəkat seçkiləri rəsmi şəkildə qazanmasa da, bu HƏMAS-ın nüfuzunu möhkəmləndirəcək. "HƏMAS - ın İsraillə danışıqlarda hansısa xüsusi rol almağa ehtiyacı yoxdur; müvəqqəti FƏTH siyasətindəki daimi uğursuzluqlar sayəsində bu prosesdə onsuz da əhali onu dəstəkləyir", - Ərəb - Britaniya Anlaşma Şurasının (Counsil of Arab - British Understanding) direktoru Kris Doyl (Chris Doyle) bazar ertəsi Trend -a bildirib.

HƏMAS hərəkatı şeyx Əhməd Yasinin başçılığı ilə 1982 - ci ildə təşkil edilib. Hərəkatın əsas məqsədi işğal edilmiş Fələstin ərazilərinin azad edilməsi uğrunda mübarizədir. FƏTH partiyası tarixi lideri Yasir Ərəfatın başçılığı ilə 1987- ci ildə yaradılıb. HƏMAS - dan fərqli olaraq, partiya İsraillə danışıqlarda daha yumşaq siyasət həyata keçirir və Qərb ölkələri ilə yaxşı əlaqələri var.

"FƏTH-in hər məğlubiyyəti HƏMAS -ın regionda möhkəmlənməsi və genişlənməsi imkanıdır", - Doyl bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti