...

"AN-24" qəza səbəbindən Tbilisi aeroportuna enməyə məcbur olub

Siyasət Materials 19 Sentyabr 2008 11:35 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 19 sentyabr / Trend , müxbir N.Kirtsxaliya/ "Avrolayn" aviaşirkətinə məxsus "AN-24" təyyarəsi cümə günü gecə qəza səbəbindən Tbilisi aeroportuna enməyə məcbur olub. Şirkətdən verilən məlumata görə, Batumi-Tbilisi reysini yerinə yetirən təyyarədə yalnız ekipaj üzvləri olub.

Eniş zamanı təyyarənin ön təkərləri açılmayıb. Qəzalı eniş nəticəsində ekipaj üzvlərindən biri zədələnib.

"Qara qutu" artıq istintaqa təqdim olunub. Şirkət istintaqın nəticələrini bir neçə gündən sonra açıqlayacaq.

Məqalə müəllifi ilə əlaqə ünvıanı - [email protected]

Xəbər lenti

Xəbər lenti