...

Müxalifət Gürcüstanda şeriflik institutunun tətbiq edilməsini təkilf edir

Siyasət Materials 19 Sentyabr 2008 14:01 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 19 sentyabr / Trend , müxbir N.Kirtsxaliya/ Parlament müxalifəti Gürcüstanda şeriflik institutunun tətbiq edilməsi təşəbbüsü ilə çıxış edir.

"Güclü Gürcüstan - Xristian-demokratlar" fraksiyasının sədri Qiya Tortladze hesab edir ki, bu institut ABŞ-da kifayət qədər müvəffəqiyyətlə işləyir. "Ən əsası odur ki, şerifləri təyin etmirlər, onları seçirlər, ona görə də polislərin fəaliyyəti əhalinin verdiyi qiymətdən xeyli asılı olur", - o deyib.

Tortladzenin fikrincə, Gürcüstanda əhalinin tələblərinə daha məsuliyyətlə yanaşmaq üçün şəhər merləri də vətəndaşlar tərəfindən seçilməlidirlər.   

Xəbər lenti

Xəbər lenti