...

Azərbaycanın təhsil işçiləri prezident seçkilərində hakim partiyanın namizədinə səs verəcəklər

Siyasət Materials 22 Sentyabr 2008 12:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 sentyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycanın təhsil işçiləri prezident seçkilərində hakim partiyanın namizədinə səs verəcəklər. "Azərbaycanda keçiriləcək qarşıdakı prezident seçkisində pedaqoji işçilər hakim partiyadan olan namizəd, hazırki prezident İlham Əliyevə səs verəcəklər", - deyə bazar ertəsi keçirilən müəllimlərin 13-cü qrultayında Azərbaycanın təhsil naziri Misir Mərdanov bildirib.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.

Azərbaycanda 175 220 təhsil işçisi var.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti