...

Əcnəbi qoşunların Darfura yeridilməsi burada vəziyyəti sabitləşdirəcək

Siyasət Materials 23 Sentyabr 2008 20:57 (UTC +04:00)
Əcnəbi qoşunların Darfura yeridilməsi burada vəziyyəti sabitləşdirəcək

Azərbaycan, Bakı, 23 sentyabr/ Trend / Fransa, regionda vəziyyətin sabitləşdirilməsi üçün Sudanın Darfur əyalətinə əcnəbi qoşunların yeridilməsini dəstəkləyir.

Fransa prezidenti Nikolya Sarkozi çərşənbə axşamı BMT Baş Assambleyasında mətbuat konfransı zamanı bəyan edib ki, beynəlxalq kontingentin regionda iştirakı üçün Sudanda vətəndaş müharibəsinin, həmçinin, Çadla ərazi mübahisələri ilə əlaqədar müharibənin dayandırılması lazımdır, -"Vesti" telekanalı xəbər verir. "Biz Darfurda, bütün Sudanda sülh istəyirik və Bəşir hökumətində soyqırım törədən nazilər iştirak edənədək bu hökuməti dəstəkləməyəcəyik", - Sarkozi bildirib.

O əlavə edib ki, Fransanın Sudanda əsas məqsədi ölkədə vəziyyətin sabitliyin pozulması deyil, radikalizmin kökünün kəsilməsidir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti