Azərbaycan, Bakı, 24 sentyabr/ Trend / Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Gəncənin Heydər Əliyev adına baş meydanında ulu öndərin abidəsini ziyarət edərək gül dəstəsi qoyub. Əliyev orada şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Gəncədə
şəhərin 2502 illiyi münasibətilə prezidentə
qədim Gəncə darvazasının açarları
təqdim olunub.
Prezident Əliyev respublikanın ikinci böyük
şəhəri olan Gəncənin inkişafını
yüksək qiymətləndirib və insanların
yaxşı yaşaması, sosial vəziyyətinin yaxşılaşdırılması
üçün bundan sonra da lazımi tədbirlərin
görüləcəyini bildirib. Azərbaycan prezidenti gəncəliləri
qarşıdan gələn Ramazan bayramı, habelə
Gəncə şəhər günü münasibətilə
ürəkdən təbrik edib.
Müəlliflə əlaqə ünvanı: [email protected]