...

Türkyə-Ermənistan münasibətlərinin normallaşması üçün çalışacağam - ABŞ diplomatı

Siyasət Materials 25 Sentyabr 2008 16:09 (UTC +04:00)

ABŞ-ın Ankaraya səfir təyin etmək istədiyi diplomat Ceyms Cefri Türkiyə-Ermənistan əlaqələrinin normallaşması üçün çalışacağını bildirib. Bu haqda CNNTürk məlumat verib.

ABŞ-ın Türkiyəyə səfir təyin etmək istədiyi diplomat Cefri ABŞ Senatının Xarici Əlaqələr Komitəsindəki çıxışında ölkəsinin Türkiyə-Ermənistan əlaqələrinin normallaşması istiqamətində atacağı bütün addımları dəstəkləyəcəyini və Türkiyənin Ermənistanla sərhədlərini qeyd-şərtsiz açması üçün çalışacağını bildirib. Cefri keçmişlə müqayisədə Türkiyə -Ermənistan münasibətlərinin indi daha yaxşı olduğunu bildirib.

"Türkiyə prezidenti Ermənistana səfər edib və iki ölkə arasında yüksək səviyyəli görüşlər keçirilir. Bununla yanaşı, 70 min Ermənistan vətəndaşı Türkiyədə işləyir", - deyə Cefri bildirib.

Cefrinin Ankaraya ABŞ səfiri təyin olunması üçün onun namizədliyini əvvəlcə Senatın Xarici Əlaqələr Komitəsi, daha sonra isə Senat Şurası təsdiq etməlidir. ABŞ prezidenti Corc Buşun milli təhlükəsizlik məsələləri üzrə köməkçisinin yardımçısı çalışan Cefri əvvəllər Türkiyə, İraq və Albaniyada diplomat kimi fəaliyyət göstərib.

Xəbər lenti

Xəbər lenti