ABŞ-dakı Türk Cəmiyyətinin binasında çıxışı zamanı Türkiyə prezidenti Abdulla Gül Qafqazdakı qeyri-sabitliyi qərblə şərqi ayıran sədd adlandırıb. Bu haqda CNNTürk məlumat verib.
Gül Qafqazda sabitlik və əməkdaşlıq olduğu halda Orta Asiya və Qafqazın enerji resurslarının qərb bazarlarına daşınmasının reallığa çevriləcəyini bildirib. "Əgər Qafqazda sabitlik və əməkdaşlıq olarsa, Qafqaz Orta Asiya və Qafqazın enerji resurslarının qərbə daşınmasında körpü rolunu oynaya bilər", - deyə Türkiyə prezidenti bildirib.