Fransa, Strasburq , 03 oktyabr/ Trend , müxbir A. Məhərrəmli/ Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Kosaçov qurumun gürcü-osetin münaqişəsi ilə bağlı cümə axşamı qəbul etdiyi Qətnamədən məyus olduğunu bildirib.
AŞPA-nın münaqişənin ilk günündən məsələ ilə bağlı fəal mövqe tutmadığını qeyd edən Kosaçev Rusiyanın münaqişə zonasında yaşayan insanların həyatını xilas etmək missiyasını öz üzərinə götürməyə məcbur olduğunu vurğulayıb.
Qətnamədə əsasən Rusiyaya yönəlmiş tənqidi fikirlərin hökm sürdüyünü nəzərə çatdıran Kosaçov Gürcüstanın hərəkətlərinin yekun sənədin heç bir müddəasında əks olunmadığını qeyd edib.
Cənubi Osetiya ilə Abxaziyanın müstəqilliyini tanımaq məsələsinə yenidən baxılmasına dair AŞPA-nın Rusiyaya müracuətinə gəldikdə isə Rrusiyalı parlamentari Leonid Slutski bildirib ki, Rusiya bu məsələdə öz mövqeyindən dönməyəcək.
Slutski deyib ki, "Biz AŞPA-nın sanksiyalarından qorxmuruq və Rusiya heç zaman belə ciddi məsələlərdə qəbul etdiyi qərarlardan geri dönməyib və mövqeyini dəyişməyib".
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]