...

Əfqanıstan xaşxaş becərilməsinin qarşısını almaq məqsədilə böyük kampaniyaya başlayıb - narkotiklərlə mübarizə üzrə nazir

Siyasət Materials 3 Oktyabr 2008 11:15

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 03 oktyabr / Trend , müxbir D.Xatınoğlu/ TrendNews Agentliyinin Fars redaksiyasının Əfqanıstanın narkotiklərlə mübarizə üzrə naziri general Xudaydadla eksklüziv müsahibəsi

- BMT- nin yaydığı hesabata əsasən, 2007- ci ildə dünya üzrə tiryək istehsalının 93 faizi və heroin istehsalının 92 faizi Əfqanıstanda həyata keçirilib. Əfqanıstan İslam Respublikasının narkotik maddələrlə mübarizədə builki nailiyyətlərini bilmək istərdik.

- Biz 2005- ci ildə  Əfqanıstanın 3 vilayətində, 2006- cı ildə 6 vilayətində, 2007- ci ildə 13 vilayətində və cari ildə isə xalqın və əfqan mücahidlərinin dəstəyi ilə bu ölkənin 18 vilayətində narkotik maddələrin becərilməsinin qarşısını almağa nail olmuşuq. Bu il Əfqanıstanda narkotik maddələrin becərilməsi əvvəlki ilə nisbətən 13 faiz azalıb. Bu, xalqın və Narkotiklərlə Mübarizə Nazirliyinin nailiyyətidir. Bədəxşan, Hərat və Faryab vilayətləri də narkotiklərin becərilməsi kimi dəhşətdən demək olar ki, təmizlənib. Hazırda xaşxaş becərilməsinin qarşısını almaq üçün beynəlxalq təşkilatların köməyi ilə kampaniyaya başlamışıq ki, bu proqram növbəti ildə Əfqanıstanın daha 18 vilayətində narkotiklərin kökünün kəsilməsini nəzərdə tutur. İndiyədək biz yaxşı irəliləyişlər əldə etmişik və bu proses davam edəcək.

- Narkotik maddələrin dövriyyəsi ilə məşğul olan benəlxalq mafiyanın Əfqanıstanda fəaliyyəti ilə bağlı çox söz-sözhbətlər gedir. Hətta həmin mafiyanın bəzi deputatlarla əlaqəsi olması haqqında da şayiələr gəzir. Bu sahədə hansı əməli tədbirlər görülüb?

- Təbiidir ki, narkotik maddələrin becərildiyi, tiryək və heroinin istehsal olunduğu bir ölkədə mafiya və çox sayda işbazlar fəallaşır. Biz yüksək rütbəli Əfqanıstan məmurlarının bu mafiya ilə əlaqəsini təkzib edirik, lakin daxili və xarici qaçaqmalçılar var və Əfqanıstan polisi, Milli Təhlükəsizlik Nazirliyi və məhkəmə onların təqib edilməsi üçün ciddi çalışırlar. Biz həm ölkə daxilində, həm ölkə hüdudlarından kənarda fəaliyyət göstərən bu mafiyanın dayandırılması üçün mükafatlandırma və cəzalandırma üsullarından paralel olaraq istifadə edirik. Hazırda Narkotiklərlə Mübarizə üzrə Xüsusi Prokurorluq tərəfindən bununla əlaqədar 1500 cinayət işinə baxılır. Bu cinayətlə bağlı bir çoxuna 6-18 ilədək cəza müddəti nəzərdə tutulub və onlar öz cəzalarını çəkirlər.

- Narkotik maddələrin dövriyyəsi ilə bağlı araşdırma aparan beynəlxalq qurumlardan biri olan їSenlis Councilї təşkilatı öz hesabatında Əfqanıstanın Narkotik Maddələrlə Mübarizə Nazirliyinin və їUNODCї təşkilatının builki hesabatlarında dərc olunan rəqəmlərin şübhə doğurduğu barədə rəy bildirilib. Onların şübhələri ilə bağlı sizin münasibətiniz necədir?

- Əfqanıstanın Narkotik Maddələrlə Mübarizə Nazirliyinin və їUNODCї təşkilatının dərc etdikləri builki hesabatlar həqiqətən də Əfqanıstan xalqı üçün böyük nailiyyətdir. Amma bir sıra xarici təşkilatlar bizim göstərdiyimiz rəqəmlərlə razı deyildilər. Narkotik maddələrin becərilməsi üzrə göstəricilərin sıfır səviyyəsində olduğunu bildirdiyimiz 18 vilayətdən əlavə, həqiqətən də Bədəxşan, Hərat və Faryab vilayətləri də praktiki olaraq narkotik maddələrdən təmizlənib, lakin biz bunu təqdim etdiyimiz hesabatda heç qeyd etməmişik. Yəni, əslində gördüyümüz işlər daha çoxdur. Əfqanıstanın 34 vilayətindən 21-də artıq real olaraq xaşxaş becərilmir. Əfqanıstan dövləti və xalqı bizim təqdim etdiyimiz hesabatın düzgünlüyündən məmnun və razı qalıb. Biz їSenlisї kimi təşkilatların fikirlərini qəti şəkildə rədd edirik və onların iddialarının bizim üçün heç bir əhəmiyyəti yoxdur.

- Siz Əfqanıstanın İranla və narkotik maddələr üçün tranzit sayılan qonşu ölkələrlə təhlükəsizlik sahəsində əməkdaşlığından nə dərəcədə razısınız?

- Əfqanıstan dövləti İİR ilə Əfqanıstan- İran, İran- Pakistan və Pakistan- İran sərhədlərinda birgə fəaliyyət haqqında saziş imzalayıb, lakin təəssüflər olsun ki, həmin saziş imzalandıqdan sonra bu sahədə heç bir əməli tədbir müşahidə edilmir. Amma biz yenə də ümid edirik ki, İran, Pakistan, Rusiya, Ukranya, hətta Azərbaycan Respublikası və Türkiyə ilə təhlükəsizlik və informasiya  sahəsində əməkdaşlıq edəcək və birgə əməliyyatlar həyata keçirəcəyik. Bu, regional əməkdaşlığı və qonşu ölkələrlə qarşılıqlı anlaşmanı şərtləndirir.

- Beynəlxalq maliyyə qurumlarının Əfqanıstanda narkotiklərlə mübarizə istiqamətində, xüsusən sağlam kənd təsərrüfatının xaşxaş becərilməsinin yerini tutması istiqamətində göstərdikləri yardımlardan razısınızmı və yerli fermerlər bu liyihələri nə dərəcədə alqışlayırlar?

- ABŞ hökuməti tərəfindən sağlam kənd təsərrüfatının xaşxaş becərilməsinin yerini tutması məqsədilə hazırlanmış 8 milyon ABŞ dolları dəyərində їGPİї təşəbbüs layihəsi çox ümidvericidir. Biz vilayət rəhbərləri, parlament deputatları, vilayət şurası üzvləri və digər müvafiq qurumların əməkdaşları ilə birlikdə bu layihənin həyata keçirilməsinə başlamışıq. ABŞ hökuməti bununla bağlı bizə çox saylı maliyyə yardımları göstərib və bu, təqdirə layiqdir. Lakin biz ümid edirik ki, digər ölkələr və beynəlxalq təşkilatlar da bu işdə bizə köməklik göstərəcək, eləcə də narkotik maddələrin becərilməsinin  qarşısını almaq üçün infrastruktur, kənd təsərrüfatı və sosial layihələrin icrası üçün əfqan xalqına yardım edəcəklər. Bu problem bütün dünya ölkələrini bürüyüb və beynəlxalq birlik bu sahədə məsuliyyətli olmalıdır.

Xəbər lenti

Xəbər lenti