Gürcüstan, Tbilisi, 03 oktyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın Poti limanında ölkənin Sərhəd Polisinin katerləri Ukrayna dənizçilərini xilac etməyə çalışırlar. Sərhəd Polisindən verilən məlumata görə, Poti limanında dərinliyin artırılması üzrə iş aparan "SKADOVSKI" yerqazan gəmisinə iki kater köməyə gəlib. Ukrayna bayrağı altında üzən gəmi fırtınaya düşüb, çevrilib və hazırda batır.
Xilasetmə işləri ekipaj üzvlərinin xilasına yönəldilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]