Azərbayan, Bakı, 03 oktyabr/ Trend , müxbir İ.Əlizadə/ İsveçdə internet vasitəsilə "Son 20 ilin ən bacarıqlı və tam mənada siyasətçisi" mövzusunda keçirilən sorğunun nəticələri açıqlanıb və Azərbaycanın milli lideri Heydər Əliyev dünya miqyaslı 20 tanınmış siyasi xadim arasında dördüncü yerdədir.
"Bir həftə davam edən və dörd minədək isveçlinin qatıldığı virtual sorgunun nəticələrinə görə, Azərbaycanın milli lideri Heydər Əliyev dünya miqyaslı 20 tanınmış siyasi xadim arasında dördüncü yerdədir", - bu barədə cümə günü Trend - a Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsiindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, siyahıda ABŞ prezidenti Corc Buş və Böyük Britaniyanın keçmiş Baş naziri Toni Bleer dünya şöhrətli siyasətçi Heydər Əliyevdən sonrakı yerləri tutublar. İsveç vətəndaşlarının rəyinə görə, dunyanin ən tanınmış və bacarıqlı siyasətçiləri arasında birinci yeri bu ölkənin Baş naziri Fredrik Reinfeldt, ikinci yeri Rusiyanın Baş naziri Vladimir Putin, üçüncü yeri isə İsveçin keçmiş Baş naziri Qoran Persson tutur. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın adı isə 16 - cı yerdədir.
İnternet-sorğunu İsveçin nüfuzlu "SistaDagen" qəzeti aparıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]