...

Azərbaycan prezidenti Xocavənd rayonunda məcburi köçkünlər üçün qəsəbənin açılışında iştirak edib

Siyasət Materials 4 Oktyabr 2008 15:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 oktyabr/ Trend / Azərbaycan prezidenti İlham Əliyev şənbə günü ölkənin Beyləqan rayonu ərazisində Xocavənd rayonunda məcburi köçkünlər üçün qəsəbənin açılışında iştirak edib.

Qəsəbə Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində doğma torpaqlarından qovulmuş 500 məcburi köçkün ailəsi üçün nəzərdə tutulub.

Qəsəbə "Qaçqın və məcburi köçkünlərin həyat şəraiti və məşğulluğunun yaxşılaşdırılması" Dövlət Proqramına əsasən tikilib. Qəsəbədə həmçinin 360 yerlik orta məktəb, uşaq bağçası, poçt bölməsi, xəstəxana və digər sosial obyektlər tikilib. Azərbaycan prezidenti yeni qəsəbə ilə tanış olub, onun sakinləri ilə görüşüb.

Dövlət başçısı şənbə günü ölkənin Cənub-Qərb regionlarına baş çəkir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti