...

Yaxın Şərqin siyasi vəziyyəti təhsilin inkişafına təsir göstərir – Misirin ISESCO - da nümayəndə heyətinin rəhbəri

Siyasət Materials 6 Oktyabr 2008 17:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 oktyabr/ Trend , müxbir Ü.Sadıqova/ Yaxın Şərq ölkələrinin siyasi vəziyyəti regionun inkişafına birbaşa təsir göstərir. Bu barədə bazar ertəsi Trend - a Misirin ISESCO - da nümayəndə heyətinin rəhbəri Əhməd Bəyyumi Şəhabəddin bildirib.

Onun sözlərinə görə, təhsil sahəsi ərəb ölkələrinin maliyyə və hökumətlərarası problemləri ilə qarşılaşır.

"Ərəb dövlətləri, həmçinin, Livan, Fələstin və Suriya kimi müharibə şəraitində olan dövlətlərin maliyyə çətinlikləri gənclərin təhsilinin inkişafına mane olur", - deyə ISESCO -nun islam ölkələrində təhsil və elm problemlərinə həsr olunmuş dördüncü konfransında iştirak edən Şəhabəddin bildirib.

O bildirib ki, Şərqdə demoqrafik vəziyyətin yaxşı olduğu ölkələrdən biri olan Misir (Əhalisinin sayı 80 mln.) bu problemləri hiss etməsə də, qonşu ölkələrdə təhsilin səviyyəsinin düşməsi bütün regionun, o cümlədən Misirin inkişafına təsir göstərir.

"Misir, digər müsəlman ölkələri, o cümlədən Azərbaycanla birlikdə, Fələstin və Livanda təhsilin vəziyyətinin yaxşılaşdırılasında fəal iştirak edir", - deyə Şəhabəddin bildirib.

Oktyabrın altısından səkkizinədək Azərbaycanda 1979 - cu ilin mayında təsis edilmiş İslam Konfransı Təşkilatı (İKT) ölkələrinin təhsil nazirlərinin dördüncü konfransı keçirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti