...

Türkiyə hərbi hava qüvvələri Şimali İraqda 21 PKK mövqeyinə hava zərbələri endiriblər

Siyasət Materials 7 Oktyabr 2008 13:04 (UTC +04:00)

Türkiyə hərbi hava qüvvələri bu gün səhər PKK terror təşkilatının Şimali İraq ərazisindəki 21 ayrı-ayrı mövqeyinə hava zərbələri endirib. Bu barədə Türkiyənin "Haber7" informasiya agentliyi Türkiyə silahlı qüvvələri baş qərargahına istinadən məlumat verib.

Əməliyyatlar Şimali İraqın Avaşın Basyan, İki Yaka Dağları və Buzul Dağlar ərazisində həyata keçirilib. Türk hərbi qüvvələri əməliyyatda itki verməyib.

Xəbər lenti

Xəbər lenti