...

ATƏT hökumətin Azərbaycanda seçkiqabağı vəziyyətin yaxşılaşdırılması üçün göstərdiyi səylərdən razıdır (video)

Siyasət Materials 8 Oktyabr 2008 18:33 (UTC +04:00)
ATƏT hökumətin Azərbaycanda seçkiqabağı vəziyyətin yaxşılaşdırılması üçün göstərdiyi səylərdən razıdır  (video)

Azərbaycan, Bakı, 08 oktyabr/ Trend , müxbir R.Novruzov/ ATƏT- in Azərbaycanda prezident seçkilərində müşahidə missiyası hökumətin ölkədə seçkiqabağı vəziyyətin yaxşılaşmasına yönələn səylərindən razıdır.

"Hökumət ciddi səy göstərir, ötən seçkilərlə müqayisədə, vəziyyəti yaxşılaşdırmağa çalışır", - ATƏT- in müşahidə missiyasının rəhbəri Boris Frles çərşənbə günü Trend - a bildirib.

Azərbaycanda prezident seçkisi oktyabrın 15 - də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri,indiki dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.

"Əlbəttə, bu müəyyən siyasi əzm tələb edir. Lakin hər halda biz ölkədə seçkiqabağı prosesin gedişində hansısa bir manipulyasiya aşkar etmədik", - ATƏT-in missiyasının rəhbəri bildirib. Ümumilikdə seçkilərə hazırlıq yaxşı olsa da, hələ də seçki məntəqələrində veb - kameraların quraşdırılması kimi müzakirə olunmağı tələb edən bir neçə məsələ var,- o bildirib.

Bu gün Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) seçki məntəqələrində veb -kameraların quraşdırılması qaydalarını təsdiqləyib. Veb - kameralar 500 seçki məntəqəsində quraşdırılacaq ki, bu da respublikanın seçki məntəqələrinin 10 faizini əhatə edəcək. Kameralar vasitəsilə seçki məntəqələrinin səsverməyə hazırlanmasından tərtib edilən protokolların axşam dairəyə göndərilməsinədək bütün proseslər müşahidə ediləcək. Kameralar internetə qoşulacaq və dünyanın istənilən ölkəsində Azərbaycanda prezident seçkilərinin gedişini izləmək mümkün olacaq.

Frlesin bildirdiyinə görə, prezidentliyə namizədlərin hər birinin seçkiqabağı kampaniyasını keçirmək üçün az və ya çox bərabər imkanları var.

Bir sıra müxalifət partiyalarının seçkiləri boykot etməsinə toxunan ATƏT nümayəndəsi bu məsələni onların ixtiyarına buraxıb və bildirib ki, boykotla daha çox ictimai dəstəyə nail olub - ola bilməyəcəklərini onlar özləri həll etməlidirlər.

Sentyabrın əvvəlində "Azadlıq" blokuna daxil olan partiyalar - Xalq Cəbhəsi, Liberal Partiya, Vətəndaş və İnkişaf partiyaları, həmçinin Müsavat partiyası və "Azərbaycan Naminə" İctimai Forum oktyabrın 15 - də keçiriləcək prezident seçkisini qanunsuz tanımaq barədə birgə bəyanat imzalayıblar. Bəyanatda prezident seçkis indən sonra formalaşacaq hakimiyyət qeyri - legitim elan edilib.

"Ümid edirəm ki, bu seçkilər Azərbaycanın ATƏT, AŞ kimi beynəlxalq təşkilatların standartlarına riayət etmək istəyinə uyğun şəkildə keçiriləcək", - ATƏT- in müşahidə missiyasının rəhbəri bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti