...

Bakıda cinayət törətməkdə təqsirləndirilən dəstə üzvləri tutulub

Siyasət Materials 9 Oktyabr 2008 11:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 oktyabr / Trend , müxbir S.Kazımlı / Bakıda hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirləndirilən dəstə üzvləri tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən cümə axşamı Trend -a verilən məlumata görə, oktyabr ayının 6-da saat 19:30 radələrində Gənclik meydanında 1981-ci il təvəllüdlü Məlikov Rəhim Niyazi oğlundan hədə-qorxu yolu ilə 1500 manat tələb etdiklərinə görə 1982-ci il təvəllüdlü Xankişiyev Şəmsəddin Əli oğlu, 1984-cü il təvəllüdlü İsmayılov Fərahim Sabit oğlu, 1981-ci il təvəllüdlü Səfərov Vüsal Sabit oğlu , 1984-cü il təvəllüdlü Həsənov Namiq Nizami oğlu, 1979-cu il təvəllüdlü Əbdüləzimov Sabir Aydın oğlu və 1986-cı il təvəllüdlü Quliyev İlyas Yusif oğlu polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində çərşənbə günü tutulublar.

Faktla bağlı Bakı şəhər Baş Polis İdarəsinin istintaq idarəsində Azərbaycan Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə (182-ci) maddəsi ilə araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti