...

Özbəkistanda "quş qripi" epidemiyası təhlükəsi böyükdür – Milli Qrip Mərkəzinin rəhbəri

Siyasət Materials 9 Oktyabr 2008 18:02 (UTC +04:00)

Özbəkistan, Daşkənd, 09 oktyabr/ Trend , müxbir T.Jukov/ "İndiyədək Özbəkistan ərazisində insanların və quşların "quş qripinə" yoluxmasına dair heç bir hal qeydə alınmayıb", - Milli Qrip Mərkəzinin rəhbəri Ravşan Rəhimov UNİCEF- in Daşkənddə keçirilən seminarında bildirib.

"Lakin təhlükə böyükdür; vəhşi quşların - əsas virus daşıyıcılarının miqrasiya yolları ölkə ərazisindən keçir. Əvvəllər qonşu respublikalarda xəstəliyə yoluxma faktları qeydə alınıb. Səhiyyə,  kənd təsərrüfatı və su təsərrüfatı nazirliklərinin böyük səyləri Özbəkistanda belə halların qarşısını almağa yönəlib", - özbəkistanlı məmur bildirib.

2007 - ci ilin oktyabrında ölkənin Səhiyyə Nazirliyi nəzdində "quş qripi"nin profilaktikası üzrə operativ qərargah yaradılıb. Qərargaha aparıcı baytarlar, gömrük və sərhəd komitələrinin əməkdaşları, digər idarələrin mütəxəssisləri daxildir. Ötən ilin payızında Bolqarıstan, Qazaxıstan, Rusiya, Rumıniya və Türkiyədən quş ətinin Özbəkistana gətirilməsinə müvəqqəti qadağa qoyulub, - Respublika Sanitar-Epidemioloji Nəzarət Mərkəzindən Trend -a bildiriblər.

Özbək alimlərinin rəyinə görə, su quşlarının şimaldan cənuba payız miqrasiyasının başlaması vəziyyəti pisləşdirə bilər. Bununla əlaqədar, Təbiətin Mühafizəsi üzrə Dövlət Komitəsi vəhşi quşların ovlanmasına müvəqqəti qadağa qoyub. Ovçular arasında maarifləndirmə işləri aparılır.

Təbiətin Mühafizəsi üzrə Dövlət Komitəsi respublikanın beş iri su hövzəsində quşların müvəqqəti dayanacaq yerlərini aşkarlayıb. Onların arasında Sırdərya əyalətində Aydarkul gölü, Qaraqalpaq Respublikasındakı Jıltırbas, Sarıqamış və Sudaçye gölləri, Kok-Dərya göllər sistemi var.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti