...

Azərbaycanın Daşkənddəki səfirliyi prezident seçkilərinə hazırdır

Siyasət Materials 13 Oktyabr 2008 15:24 (UTC +04:00)

Özbəkistan, Daşkənd, 13 oktyabr/ Trend , müxbir T.Jukov/ Azərbaycanın Özbəkistandakı səfirliyi oktyabrın 15-də keçiriləcək prezident seçkilərinə hazrlıq işlərini başa çatdırıb.

"Özbəkistandakı Azərbaycan vətəndaşları üçün seçki məntəqəsinin hazırlanması başa çatdırılıb. Özbəkistan Respublikası ərazisində, Daşkənd şəhərində Şark Tonqi, 25 ünvanında yerləşən Azərbaycan Respublikasının səfirliyi ərazisində 44 saylı bir seçki məntəqəsi yaradılıb", - deyə Trend -a Azərbaycan səfirliyinin birinci katibi İlkin Əhmədov bildirib.

Əhmədovun sözlərinə görə, səfirliyin konsul qeydiyyatında olan və müvafiq səs hüququna malik 91 Azərbaycan vətəndaşı (Daha doğrusu, 18 yaşına çatmış) öz vətəndaş borcunu yerinə yetirə və Özbəkistan ərazisində olduğu halda prezident seçkisində iştirak edə bilər.

Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti