...

Azərbaycan prezidenti səsvermədə iştirak edib

Siyasət Materials 15 Oktyabr 2008 11:17 (UTC +04:00)
Azərbaycan prezidenti səsvermədə iştirak edib

Azərbaycan, Bakı, 15 oktyabr / Trend / Azərbaycan prezidenti İlham Əliyev prezident seçkiləri üzrə səsvermədə iştirak edib.

Bu gün Azərbaycanda prezident seçkiləri keçirilir.

Dövlət başçısı postuna yeddi namizəd iddia edir - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli.

Məqalə müəllifi ilə əlaqə ünvanı- [email protected]

Xəbər lenti

Xəbər lenti