...

Azərbaycan prezidenti seçkisi günündə Bakının bəzi seçki dairələrində seçicilərin passivliyi müşahidə edilir

Siyasət Materials 15 Oktyabr 2008 14:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr/ Trend , müxbir N.Abdullayeva/Azərbaycan prezidenti seçkisi günündə Bakının bəzi seçki dairələrində seçicilərin passivliyi müşahidə edilir.

Daha çox passivlik paytaxtın Xətai rayonunun seçki dairəsində hiss olunur - 12,73 faiz.

Xətai rayonunun ikinci dairəsində seçicilərin fəallığı 12 - 13,08 faiz, Səbayel rayonunda 15,51 faiz, Sabunçu rayonunun birinci seçki dairəsində 16,37 faiz, Nərimanov rayonunun ikinci seçki dairəsində 17,54 faiz təşkil edir, - MSK - dan bildiriblər.

Oktyabrın 15 - də Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki övlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edir.

Xəbər lenti

Xəbər lenti