...

Azərbaycandakı prezident seçkisində "exit-poll"da iştirak edənlərin fəallığı iki dəfə artıb.

Siyasət Materials 15 Oktyabr 2008 15:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr / Trend , müxbir Ş.Cavadsoy/ "Exit poll" da iştirak edənlərin fəallığı iki dəfə artıb.

Saat 14:15 - ə olan məlumata görə, seçicilərin fəallığı, əsasən, cənub bölgəsində - Lənkəran və Lerikdə müşahidə olunur. Bu barədə Trend - un əməkdaşına Azad, Şəffaf, Ədalətli Seçkilər Koalisiyasının (AŞƏS) təsisçisi, Azərbaycan Regional İnkişaf Mərkəzinin (ARİM) sədri Çingiz İsmayılov məlumat verib.

"Exit-poll" keçirdiyimiz 57 seçki dairəsinin 488 seçki məntəqəsində seçici fəallığı hər saat artmaqdadır", - o bildirib.

"Biləsuvar və Cəlilabab rayonlarında da seçici fəallığı nəzəçarpacaq dərəcədədir. Bu rayonlarda fəallığı təxminən 47 faiz qiymətləndirmək olar", - deyə İsmayılov bildirib.

"Exit-poll" üzrə seçici fəallığının aşağı olduğu rayonlar isə, Şəki və Zaqataladır. Burada seçicilərin fəallığı 26 -27 faiz arasında dəyişir.

İsmayılovun sözlərinə görə, AŞƏS - i təmsil edən müşahidəçilər günün birinci yarısında qanun pozuntusu qeydə almayıblar.

Koalisiya 50 seçki dairəsində seçkinin sadə monitorinqini, 57 dairənin 488 seçki məntəqəsində isə, "Exit-poll" aparır. Dairələrdən 15 - i Bakıda, 42 - si isə regionlarda yerləşir.

Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti