...

Azərbaycanın qərbində yerləşən Gəncə şəhərində səsvermənin yekunları açıqlanıb

Siyasət Materials 15 Oktyabr 2008 20:41 (UTC +04:00)

Azərbaycan, Gəncə, 15 oktyabr / Trend , müxbir V.Məmmədov/ Azərbaycanın qərbində yerləşən (paytaxt Bakıdan 365 kilometr aralı) Gəncə şəhərində 109 min 781 seçici prezident seçkisində iştirak edib. Bu barədə məlumatı Trend - a Gəncə şəhərində fəaliyyət göstərən Dairə Seçki Komisiyalarından məlumat veriblər.

Məlumata görə, Gəncədə olan 37, 38, 39 və 40 saylı Dairə Seçki Komissiyasında 112 məntəqə üzrə qeydiyyatda olan 149,155 seçicidən 73,6 faizi yəni 109 min 781 seçici seçkilərdə iştirak edib.

37 saylı Nizami Dairə seçki komissyasından 30 665 seçicidən 22 min 194 seçici (72,38 faiz), 38 saylı Nizami Dairə Seçki Komisiyasından 33 846 seçicidən 26 min 526 seçici (78,37 faiz), 39 saylı Kəpəz Dairə Seçki Komisiyasından 40 530 seçicidən 29 min 406 seçici (72, 5 faiz) seçici, 40 saylı Kəpəz Dairə Seçki Komisiyasından 44 min 114 seçicidən 31 min 655 seçici (71, 75 faiz) seçkilərə qatılıb.

Dairələrədən verilən məlumata görə, Gəncədə 1319 yerli müşahidəçi seçkiləri izləyib ki, onlardan da 610 nəfəri siyasi partiyaların nümayəndələri, 424 nəfəri QHT nümayəndələridir. 285 nəfəri isə, öz təşəbbüsü ilə seçkiləri izləyib. Bu günə olan məlumata görə, dairələrədən 2208 nəfərə qeydiyyatdan çıxma vəsiqələri verilib.

Gəncədə 400 ə yaxın xarici müşahidəçi də qeydiyyata alınıb ki, onlardanda 56 - sı ATƏT-in xətti ilə seçkiləri izləyiblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti