...

Ukrayna prezidenti seçkilərin uğurla keçirilməsi münasibəti ilə İlham Əliyevi təbrik edib

Siyasət Materials 16 Oktyabr 2008 13:35 (UTC +04:00)

Ukrayna, Kiyev, 16 oktyabr/ Trend , müxbir Z.Novosvitski/ Ukrayna prezidenti Viktor Yuşşenko cümə axşamı telefon söhbətində seçkinin uğurla keçirilməsi münasibəti ilə azərbaycanlı həmkarı İlham Əliyevi təbrik edib. Bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat verib.

Bundan əlavə, iki ölkə rəhbəri ölkələr arasında strateji tərəfdaşlığın inkişafın mühüm olduğunu qeyd ediblər. Həmçinin ikitərəfli əməkdaşlığın aktual məsələləri, xüsusilə də noyabrın ortalarında Bakıda keçirilməsi planlaşdırılan növbəti Enerji Sammitinə hazırlıq kontekstində məsələlər müzakirə olunub.

Yuşşenko noyabrın 13-14-də Azərbaycana işgüzar səfər edəcək. Noyabrın 14-də Bakıda IV Enerji Sammiti keçirilcək. Ukraynanın dövlət başçısı həmin sammitdə iştirak etməyi planlaşdırır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti