...

Azərbaycanda əsgər yoldaşını öldürən hərbçi tutulub

Siyasət Materials 16 Oktyabr 2008 18:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 oktyabr / Trend , müxbir S.Kazımlı / Azərbaycanın qərb bölgəsində yerləşən Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində əsgər ölüb.

Müdafiə Nazirliyindən cümə axşamı Trend - a verilən məlumata görə, nazirliyin Naftalanda yerləşən "N" saylı hərbi hissəsində xidmət edən, Sabirabad rayon Hərbi Komissarlığından hərbi xidmətə çağrılan 20 yaşlı Cahangir Əmirqulu oğlu İşıqov təhlükəsizlik qaydalarını pozaraq, ehtiyatsızlıqdan avtomat silahından atəş açması nəticəsində əsgər yoldaşı, Füzuli rayon Hərbi Komissarlığından hərbi xidmətə çağrılan 20 yaşlı Əbdüləhəd Eldar oğlu Şahbazova xəsarət yetirib. Şahbazov aldığı güllə yarası nəticəsində ölüb.

Tərtər rayon Hərbi Prokurorluğundan Trend - a bildiriblər ki, hadisə ötən gecə baş verib və İşıqov hadisə ilə bağlı saxlanılıb. Prokurorluqdan hələlik hadisənin hansı səbəbdən baş verməsinin məlum olmadığını bildiriblər.

Faktla bağlı Tərtər rayon Hərbi Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti