...

Avropa parlamentinin nümayəndələri Azərbaycanda prezident seçkisinin texniki baxımdan yaxşı təchiz edilməsini qeyd edirlər

Siyasət Materials 16 Oktyabr 2008 19:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr/ Trend , müxbir N.Abdullayeva/ Avropa Parlamentinin nümayəndələri Azərbaycanda prezident seçkisinin texniki baxımdan yaxşı təchiz edilməsini qeyd ediblər. Cümə axşamı seçkini izləyən Avropa parlamentlərinin nümayəndələri Bakıda xüsusi mətbuat konfransı keçiriblər.

Oktyabrın 15 - də Azərbaycanda prezident seçkiləri baş tutub. Prezident seçkilərində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edib.

MSK - nın ilkin nəticələrinə əsasən, İqbal Ağazadə 2,78%, Fazil Qəzənfəroğlu  - 2,40%, Qüdrət Həsənquliyev - 2,22%, Qulamhüseyn Əlibəyli - 2,18%, Fuad Əliyev - 0,75 faiz, Hafiz Hacıyev - 0,62% səs toplayıb.

Polşa parlamentinin nümayəndəsi Stanislav Zaents bildirib ki, on seçki məntəqəsində seçki prosesini müşahidə edib və heç bir pozuntu aşkarlamayıb.

"Azərbaycan sabit ölkədir və demokratiya üçün hər bir şərait yaradılıb. Müxalifətin onun üçün yaranmış imkanlardan istifadə edə bilməməsi bizi məyus edir", - Zaents bildirib.

Bəzi müxalifət liderləri Azərbaycanda prezident seçkisində iştirakdan imtina ediblər.

Estoniya parlamentinin birinci vitse - spikeri Kristina Ouland bildirib ki, Azərbaycanda seçkini izlədiyi vaxtda həm hakimiyyət, həm də müxalifət nümayəndələri ilə görüşüb. "Müxalifət sərbəst şəkildə öz rəyini ifadə edə bilirdi. Avropa Şurası müxalifətin boykotu ilə razılaşmayıb", - o bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti