...

Qazaxıstan prezidenti İlham Əliyevi Azərbaycanın prezidenti seçilməyi münasibətilə təbrik edib

Siyasət Materials 16 Oktyabr 2008 23:34 (UTC +04:00)

Qazaxıstan prezidenti Nursultan Nazarbayev İlham Əliyevi Azərbaycanın prezidenti seçilməyi münasibətilə təbrik edib.

"Sizin yenidən Azərbaycan Respublikasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Bu seçkilərin nəticələri əyani şəkildə göstərdi ki, bütün Azərbaycan xalqı Sizi və Sizin həyata keçirdiyiniz, sabitliyin, sülhün və firavanlığın təmin edilməsinə yönəlmiş siyasəti dəstəkləyir, Sizə və bu siyasətə çox böyük etimad bəsləyir. Əminəm ki, ölkələrimiz arasında olan dostluq münasibətləri bundan sonra da intensiv və davamlı siyasi dialoqa, Qazaxıstan ilə Azərbaycan arasında qarşılıqlı surətdə faydalı iqtisadi əməkdaşlığa kömək edəcəkdir" - deyə təbrik məktubunda vurğulanıb.

Xəbər lenti

Xəbər lenti