...

Gürcüstan Avropanın bir hissəsidir – xarici işlər naziri

Siyasət Materials 23 Oktyabr 2008 12:42 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 23 oktyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın hökumət üzvlərindən ibarət nümayəndə heyəti cümə axşamı səhər Brüsseldən Tbilisiyə gəliblər. Dünən Brüsseldə donorlar Gürcüstana silahlı münaqişənin nitəcələrinin aradan qaldırılması məqsədi ilə maliyyə yardımı şəklində 4,5 mlrd. avro ayırıblar. Nümayəndə heyətinin üzvləri bu qədər ciddi maliyyə yardımının ayrılacağını gözləmədiklərini bildiriblər.

Bundan əlavə, Gürcüstanın xarici işlər naziri Yekaterina Tkeşelaşvili bunun siyasi qərar olduğunu və Avrointeqrasiya yolunda Gürcüstana birmənalı dəstək ifadə etdiyini bildirib. "Gürcüstan ərazilərinin bir hissəsinin işğal olunmasına cavab olaraq, Avropa fəal şəkildə Gürcüstanla yaxınlaşmağa başlayır və bu, Gürcüstanın Avropanın bir hissəsi olduğunu və onu Avropadan heç kimin qopara bilməyəcəyini açıq şəkildə nümayiş etdirir", - deyə o bildirib.

XİN rəhbəri bildirib ki, Gürcüstanın Avropa məkanına inteqrasiyası məqsədi ilə Aİ-nin fəallaşması gözlənilir ki, bu da ilk növbədə azad ticarət rejimi və viza rejiminin yüngülləşdirilməsinə aid olacaq. "Avropanın Gürcüstandan imtina etməyəcəyini Rusiyanın anlaması üçün bu həm siyasi fəallaşma, həm də konkret addımlardan ibarət olacaq", - deyə Tkeşelaşvili bildirib.

Avqustun 8 -nə keçən gecə tanınmamış Cənubi Osetiya Respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar.

Avqustun 12-də RF prezidenti Dmitri Medvedyev bildirib ki, "Gürcüstanı sülhə məcburetmə əməliyyatı"nın dayandırılması barədə qərar qəbul edib.

Gürcüstan ərazisində Rusiya və beynəlxalq müşahidəçilərin sülhməramlı qüvvələrinin saxlanılması qərara alınıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti