...

Bakıda axtarışda olan gizir tutulub

Siyasət Materials 25 Oktyabr 2008 11:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 oktyabr / Trend , müxbir S. Kazımlı / Bakıda hərbi hissəni özbaşına tərk etdiyi üçün barəsində axtarış elan olunan Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının 35 yaşlı giziri ötən gecə tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən şənbə günü Trend -a verilən məlumata görə, Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Cinayət Məcəlləsinin çağırış üzrə hərbi xidmətdə olan hərbi qulluqçunun öz hərbi hissəsini və ya xidmət yerini özbaşina tərk etməsi və ya üzürlü səbəblər olmadan öz xidmət yerinə vaxtında gəlməməsi üç gündən artıq, lakin on gündən çox olmadıqda və ya üç gündən az olsa belə, eyni əməllər altı ay ərzində təkrar törədildikdə (333.1-ci) maddəsi ilə axtarışda olan 35 yaşlı Nağıyev Rəşad Müsəllim oğlu ötən gecə tutularaq istintaqa təhvil verilib.

Nağıyevin barəsində DİN Daxili Qoşunlarının Bakıda yerləşən "N" saylı hərbi hissəsini özbaşına tərk etdiyi üçün bu il sentyabr ayının 8-də axtarış elan olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti