...

Prezident Saakaşvili avqustun 8 - də gecə üç əmr verib – Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri

Siyasət Materials 27 Oktyabr 2008 18:49 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 27 oktyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan prezidenti osetin tərəfinin Tbilisinin saat 18:00 - dan 23:00 - dək elan etdiyi atəşkəsə dair birtərəfli qərarına reaksiya verməməsindən sonra, avqustun 8 -də gecə üç əmr verib. Bu barədə bazar ertəsi avqust hadisələrinin öyrənilməsi üzrə parlament komissiyasının iclasında Gürcüsmtanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Temur Yakobaşvili bildirib.

"Mən o zaman prezidentin yanında idim və bu qərarlar mənim iştirakımla qəbul olunub. Üç əmr var idi - - Tsxinvaliyə gedən rus tankları karvanının dayandrılması, gürcü kəndlərini atəşə tutan atəş nöqtələrinin susdurulması və dinc əhali arasında itkilərdən qaçmaq ", - deyə o qeyd edib.

Yakobaşvili əlavə edib ki, əmrlər xüsusi rabitə ilə verilib.

"Gürcü - osetin münaqişəsi zonasında vəziyyət iyulun 22 - də qızışmağa başladı, avqustun 5 - də vəziyyət kəskinləşdiyindən, səfirlər vəziyyətin son dərəcə ciddi olması barədə xəbərdar edilərək, münaqişə zonasına dəvət olundular", - deyə dövlət naziri bildirib.

Sülhə dəstək üzrə qarışıq qüvvələrin komandanı, general Marat Kulaxmetov avqustun 4-də gürcü kəndlərinin Tsxinvalidən, qadağan olunan silah növləri ilə atəşə tutulduğunu təsdiq etdi. "Məndə belə bir təəssürat yaranmışdı ki, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi vəziyyətə az nəzarət edir. Lakin prezidentin xahişindən sonra, mən xüsusi işlər üzrə səfir Yuri Popov ilə görüşmək üçün Tsxinvaliyə getdim. Avqustun 7- də saat 15.00- da Tsxinvaliyə çatdım və şəhəri boş gördüm. Mən Tsxinvalinin özündə sülhməramlıların qərargahında oldum. Şəhərin girəcəyində bizim qoşunlarımız yox idi, şəhər tamamilə boş idi və mən bunu çəkmədiyimə görə təəssüflənirəm", - deyə dövlət naziri bildirib.

Onun sözlərinə görə, Kulaxmetov osetin tərəfinə nəzarət etmədiyini və onların xəlvəti şəkildə gürcülərə atəş açdıqlarını təsdiq etdi. "Bizə xəstəxana və məktəb binalarından , evlərdən atəş açırdılar", - deyə Yakobaşvili bildirib.

Dövlət naziri, Çoçiyev və Kokoytı ilə görüşməyi təklif etdiyini, lakin onların şəhərdə olmadığını bildrib. Popov da, guya avtomobilinin təkəri buraxdığından, Qoridə qalmışdı.

Dövlət nazirinin sözlərinə görə, Kulaxmetov Gürcüstan tərəfinə birtərəfli qaydada atəşi kəsməyi təklif edib ki, bu da vəziyyətin səngiməyinə gətrib çıxara bilərdi. "Mən artıq Gürcüstan prezidenti ilə söhbət etmişdim və biz hərbi qarşıdurmanın olmaması üçün bütün səyləri tətbiq etmişdik. Dövlət başçısı mənə demişdi ki, bu sözləri Kulaxmetova çatdırım : 23:00-dək biz birtərəfli qaydada atəşkəs elan edirik. "Mən Kulaxmetova bizim nə məqsədlə etdiyimizi dedim. Məndə vəziyyətin səngiməyind, generalın, həqiqtən, maraqlı olması təəssüratı yarandı", - deyə Yakobaşvili bildirib.

Dövlət naziri qeyd edib ki, Gürcüstan tərəfinin məlumatına görə, birtərəfli atəşkəs elan olunanda rusların tank karvanı artıq Tsxinvaliyə daxil olmuşdu.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti