Azərbaycan demokratik təcrübənin tətbiqi üzrə gördüyü işi davam etdirməlidir – AŞ -nın demokratiya və siyasi məsələlər üzrə Baş direktoru

Fransa, Strasburq, 28 oktyabr/ Trend müxbir A. Qasımova/ Avropa Şurasının demokratiya və siyasi məsələlər üzrə Baş direktoru Jan-Lui Loranın (Jean-Louis Laurens) Trend -a eksklüziv müsahibəsi

- Azərbaycanla Avropa Şurası arasındakı əməkdaşlığın səviyyəsini necə qiymətləndirirsiniz?

- Azərbaycanla AŞ arasında əməkdaşlıq çox yaxşıdır və qarşılıqlı etimada əsaslanır. Buna son nümunə olaraq, bizim Azərbaycanla əməkdaşlıq çərçivəsində, seçkiqabağı fəaliyyət planının həyata keçirilməsini göstərmək olar. Hesab edirəm ki, bu plan seçkilərin mümkün qədər demokratik şəraitdə keçməsini təşviq etmək istiqamətində önəmli bir element oldu. AŞ qarşısında öhdəliklərin yerinə yetirilməsi məsələsiAŞPA və AŞ Nazirlər Komitəsinin "Aqo" mionitorinq qrupunun səlahiyyətilərinə daxildir. Öhdəliklərin yerinə yetirilməsində hələ də açıq qalan məsələlər, o cümlədən mətbuat, sərbəst toplaşmaq azadlığı, siyasi məhbus hesab olunan şəxslərlə bağlı məsələlər var. Bunlar açıq qalan məsələlərdir və Azərbaycan hakimiyyəti quruma üzv olarkən üzərinə götürdüyü bütün öhdəliklərin yerinə yetirilməsi üçün səy göstərməlidir.

- Oktyabrın 15 - də keçirilən prezident seçkisi əvvəlki seçkilərdən hansı cəhətlərinə görə fərqləndi?

- Mən yalnız seçkiləri müşahidə edən Missiyasının -- AŞPA və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun birgə rəsmi bəyanatına istinad edə bilərəm. Həmin bəyanatda seçkilərdə irəliləyişlərin olduğunu qeyd etməklə yanaşı, yuxarıda qeyd etdiyim sahələrdə bundan sonra da səylərin göstərilməsi vurğulanır. Hesab edirəm ki, seçkidən əvvəl qanunvericilik, institusional, eləcə də seçkilərin keçirilməsi sahəsində demokratik təcrübənin tətbiqini yaxşılaşdırmaq məqsədilə görülən işlər bundan sonra da davam etdirilməlidir. Bu, Seçkiləri Müşahidə Missiyası tərəfindən növbəti seçkilərin - 2009- cu il bələdiyyə, 2010 - cu ildə keçiriləcək parlament seçkiləri - demokratik tərzdə keçirilməsi məqsədilə verilən bir mesajdır.

Seçkilərlə bağlı tənqidi fikirlərə gəlincə, Müşahidə Missiyasının rəsmi məlumatında müsbət məqamlarla yanaşı, mənfi məqamlarda yer alıb. Hesab edirəm ki, bu artıq bir göstəricidir. AŞPA - nın Missiyanın hesabatının müzakirəsi zamanı hansı qənaətə gələcəyi haqda indidən bir söz deyə bilmərəm. Sözügedən hesabat AŞPA - nın Bürosu tərəfindən nəzərdən keçirildikdən sonra, qurumun yanvarda keçiriləcək növbəti plenar sessiyasının gündəliyinə təqdim ediləcək. Tənqidlərin olub -olmayacağı haqqında əvvəlcədən mühakimə yürüdə bilmərəm. Digər tərəfdən, Nazirlər Komitəsinin sədri, İsveçin xarici işlər naziri Karl Bildt bununla bağlı bəyanat verib. Buna heç bir əlavəm yoxdur. Aydın olan odur ki, biz katiblik səviyyəsində seçkilərin keçirilməsinə nəzarət mexanizmlərini müzakirə etmişik və əməkdaşlığı davam etdirmək ideyaları var. AŞ yanında Azərbaycan nümayəndə heyəti növbəti yerli və parlament seçkilərinin də demokratik tərzdə keçirilməsini təmin etmək üçün əməkdaşlığa hazır olduqlarını ifadə edib. Müxalifət partiyalarının seçkidə iütirak etməməsi ilə bağlı deyə bilərəm ki, boykot heç vaxt düzgün və yaxşı siyasət olmayıb."Boş stul" siyasəti yaxşı siyasət deyil. Mən özümü Azərbaycanın siyasi qüvvələrinin yerinə qoya bilmərəm.

- Avropa Şurasının Azərbaycanla bağlı digər Fəaliyyət Planı varmı?

- Hələ ki, hazırlanmış bir plan yoxdur. Bu hələ tezdir. İstər AŞ, istərsə də Azərbaycan hakimiyyəti tərəfindən əməkdaşlığı bu istiqamətdə davam etdirmək istəyi var. Bundan əlavə, demokratiyada seçkiqabağı və seçkisonrası mərhələ var. Demokratiyanın prinsipi bütün səviyyələrdə - prezident, parlament və bələdiyyə seçkiləri səviyyəsində - müntəzəm və demokratik seçkilərin keçirilməsidir. Ona görə seçkiyə yardım və əməkdaşlıq səyləri daimi olmalıdır. Əlbəttə, biz bunu davam etdirəcəyik. Digər tərəfdən, prezident seçkiləri ilə bağlı hazırlanan plan hələ tamamlanmayıb. Biz bu planla bağlı qiymətləndirmələr aparacaq və bundan sonra növbəti seçkilərlə bağlı təkliflər hazırlayacayıq. Bu xüsusda, seçkilərin mətbuatda işıqlandırılması, bütün siyasi qüvvələrin iştirakı, qanunvericilik bazası ilə bağlı məsələlər var, çünki Venesiya Komissiyasının bütün tövsiyələri tam həyata keçirilməyib. Mən bundan artıq dəqiq ola bilmərəm. Bu məsələlər seçkiləri Müşahidə Missiyasının yekun hesabatı zamanı müzakirə mövzusu olacaq. Bundan əlavə, Azərbaycan tərəfi ilə müzakirələrdə hansı əsas istiqamət sahələri üzrə əməkdaşlığın davam etdirilməsini müzakirə edəcəyik.

- Dağlıq Qarabağ münaqişəsi AŞ - ni narahat edən məsələlərdən biridir. Qurum bu münaqişənin həlli prosesini sürətləndirməyə hansı töhfələri verə bilər? Cənubi Qafqaza dair məsələlərdə AŞ - nin Avropa İttifaqı ilə əməkdaşlığı hansı səviyyədədir?

- Dağlıq Qarabağ münaqişəsi ilə birbaşa ATƏT-in Minsk Qrupu məşğul olur. Əgər müxtəlif sahələr üzrə ekspertizanın aparılması üçün Avropa Şurasına müraciət olunarsa, o, buna cavab verməyə hazır olacaq. Digər tərəfdən, biz Cənubi Qafqaza dair əksər layihələri Avropa İttifaqı ilə birgə proqramlar çərçivəsində həyata keçririk. Oktyabrın 23 - də Nazirlər Komitəsi Məruzəçilər Qrupunun iclasında "Aİ ilə AŞ arasındakı əməkdaşlığın prioritetlərinə dair" sənəd müzakirə olunub. Cənubi Qafqaza dair əməkdaşlıq bu sənəddə ön sırada yer alır.

- AŞ Baş katibinin Dağlıq Qarabağ və işğal olunmuş digər Azərbaycan ərazilərində mədəni irs üzrə faktaraşdırıcı missiyası bölgəyə nə vaxt səfər edəcək və bunun gecikməsinə səbəb nədir?

- Bu missiya nəzərdə tutulub və gündəmdədir, amma onun həyata keçirilməsi aspektlərinin aydınlaşdırılması məsələsi həllini tapmayıb. AŞ Baş katibi bu missiyanın mümkün qədər tez bir zamanda regiona səfər etməsini arzulayır. Mədəni irs mədəniyyətdir, insanlardır. AŞ Katibliyi, bütün zəruri şərtlər yerinə yetirildiyi halda, ekspertlər qrupunun fəaliyyətini həyata keçirməyə hazır olacaq.

- Gürcü - osetin münaqişəsi AŞPA - nın son sessiyasında əsas müzakirə mövzusu oldu. Gürcüstandakı müharibəni necə izah edirsiniz? AŞ bunun qarşısının alınması yönündə kifayət qədər səy göstəribmi?

- Bu baxımdan, AŞ təcrid olunmayıb. Ümumilikdə, beynəlxalq ictimaiyyət müharibənin qarşısının alınmasına kifayət qədər səy göstərməyib. AŞ üzvü olan iki dövlət müharibə edirsə, bu, beynəlxalq ictimaiyyətin uğursuzluğudur. Hər iki ölkənin AŞ üzvü olmasının bizə birbaşa aidiyyatı var. AŞ, əslində, böhranların idarə edilməsi təşkilatı deyil. AŞ - məqsədi münaqişələrin qarşısını almağa imkan verəcək mühitin, kontekstin yaradılmasına töhfə verən bir təşkilatdır. Bu onun vəzifəsidir. Əlbəttə, bu yöndə yetərincə fəaliyyət göstərə, regionda gərginliyin və təhlükənin artma riskini kifayət qədər dəyərləndirə bilmədik. Buna görə AŞ coğrafi zonasında mövcud olan digər münaqişəli vəziyyətlərin həlli istiqamətində bundan nəticə çıxarmalıyıq.

- Kosovonun müstəqilliyinin tanınmasının digər dondurulmuş münaqişələrə presedent ola bilməsi fikri Abxaziya və Cənubi Osetiyanın müstəqilliklərini bəyan etməsindən sonra təsdiqlənmirmi?

- Bəziləri deyirlər ki, Kosovo unikal və təbiətinə görə "sui generis" xarakteri olan bir məsələdir. O, digər dondurulmuş münaqişələr üçün presedent ola bilməz. İki düşüncə məktəbi var. Önəmli olan odur ki, hər bir vəziyyət mənşəyinə görə müxtəlifdir və öz xüsusiyyəti var. AŞ müstəqilliyi tanıyan və ya tanımayan təşkilat deyil, bunu tanımaq üzv dövlətlərin üzərinə düşən bir işdir. Əgər bir gün qərara alınarsa ki, yeni dövlətlər beynəlxalq arenaya çıxsınlar, bu halda qərar vermək yükü Nazirlər Komitəsinin üzərinə düşür.

- Gürcüstanda baş verən müharibə həll olunmamış münaqişələrin hər an alovlana biləcəyini ortaya çıxardı. Bundan sonra AŞ səviyyəsində mövcud olan digər münaqişələrlə daha yaxından maraqlanması üçün daimi bir strukturun yaradılmasını necə qiymətləndirərdiniz?

- Bununla məşğul olacaq bir strukturun yaradılmasının lazım olduğunu deyə bilmərəm. Aydın olan odur ki, qarşılıqlı anlaşma, demokratik və dinc dialoq, eləcə də mehriban qonşuluq şəraitinin yaradılması üçün daha çox səy göstərmək lazımdır. Rəhbəri olduğum Direktorluq buna daha çox töhfə verməlidir. Biz bunu yetərincə edə bilməmişik. Mentaliteti, mədəniyyəti dəyişmək elə də asan deyil və bunu tez bir zamanda dəyişə bilmərik. Bu, nəsillərin işidir. Fransa ilə Almaniya arasında üç müharibədən sonra əldə olunan barışıq niyə də başqa yerlərdə mümkün olmasın? Bu halda Adenauer və Şarl de Qol kimi şəxslərin olması lazımdır.

- Gürcüstandakı vəziyyətlə bağlı çıxış yollarının tapılması yönündə AŞ, xüsusilə sizin Direktorluq tərəfindən hansı tədbirlər həyata keçirilir?

- Gürcüstanla bağlı təkliflər Nazirlər Komitəsində hazırlanmaqdadır və üç istiqaməti əhatə edir. Təxirəsalınmaz fəaliyyət sahəsi qaçqın və məcburi köçkünlərin geriyə qayıtmasıdır. Digər məsələ insan hüquqlarına riayət olunmasını yenidən bərpa etməkdir. Bu sahədə AŞ- nın İnsan Haqları üzrə Komissarı Tomas Hammarberqin fəaliyyəti əhəmiyyətlidir və onun bütün zonada demokratiyanın və insan hüquqlarının təməl prinsiplərinın bərpa olunması üçün qeyd - şərtsiz dəstəyə ehtiyacı var. Üçüncü fəaliyyət istiqaməti isə, Avropa İttifaqının "Insan Haqlarına dair" treninqlərinin təşkilidir. Bu, təcili fəaliyyətdir.

Sırf siyasi məsələlər, o cümlədən öhdəliklərin yerinə yetirilməsinə nəzarətlə bağlı məsələlər müzakirə olunur, bu böhran hər iki üzv ölkə tərəfindən götürülən bəzi öhdəliklərin, o cümlədən münaqişənin dinc yolla həll edilməsi, bir ölkənin daxili işlərinə müdaxilə etməmək öhdəliyinin yerinə yetirilmədiyini ortaya çıxardı.

Uzun müddətə hesablanmış fəaliyyətlər də nəzərdə tutulur. Bunlara tərəflər arasında etimad mühitinin və dialoqun yaradılmasını misal göstərmək olar. Bundan əlavə, müharibə zamanı dağıdılmış mədəni irsin bərpa edilməsi etimadın yaradılması ilə yanaşı, evindən didərgin düşmüş insanlara əvvəlki yurdlarına qayıtmağa imkan verən bir vasitədir. Mədəni irsin bərpasına dair artıq AŞ Katibliyinin missiyası konkret təkliflərlə Gürcüstana səfər edib.

- Ermənistanda 1 mart hadisələrindən sonra yaranan siyasi və demokratik vəziyyəti necə qiymətləndirirsiniz?

AŞPA, "Aqo" qrupu və İnsan Haqları uzrə Komissar bu məsələni yaxından izləyirlər. Bununla bağlı verilən vaxt yanvar ayıdır, çünki AŞPA- nın iyun ayında qəbul edilən Qətnaməsində bildirilir ki, qurum mart hadisələri, eləcə də bu hadisələr zamanı həlak olmuş və həbs edilmiş insanlarla bağlı aparılan təhqiqata dair əldə olunacaq irəliləyişlərin fövqündə yenidən Ermənistanın öhdəliklərin yerinə yetirməsi məsələsinə baxacaq. Oktyabrın 23 - də Ermənistan prezidentinin fərmanı ilə bu hadisələri artıq araşdıran Parlament Təhqiqat komissiyasına əlavə olaraq yeni Ekspertlər Komitəsi yaradılıb. İrəliləyişlər var. Ermənistanın AŞPA - nın tövsiyələrini dəqiq yerinə yetirdiyini bilmək üçün yanvar sessiyasını gözləmək lazımdlr.

- GUAM- la AŞ arasında cari ilin mart ayında ilk dəfə keçirilən məsləhətləşmələrdən sonra hər iki qurum arasındakı əməkdaşlığın inkişaf səviyyəsini necə dəyərləndirirsiniz?

- Bu, iki qurum arasında yüksək səviyyədə aparılan ilk məsləhətləşmələr idi. GUAM AŞ üzv ölkələrini özündə birləşdirən bir təşkilatdır. Buna görə AŞ ilə GUAM-a üzv dövlətlər arasında gündəlik münasibətlər var. Bu gün qurumlar arasında institusional əməkdaşlıq planı yoxdur. GUAM mütəmadi olaraq ümumi maraq kəsb edən məsələlərlə bağlı münasibət bildirir. Bizim GUAM-a üzv ölkələri əhatə edən proqramlarımız var. Biz GUAM və bu prosesdə iştirak edən ölkələrlə daha sıx əməkdaşlıq etməyə hazırıq.

- Cənubi Qafqazla bağlı gələcəkdə hansı layihələr həyata keçiriləcək?

- Bu il noyabrın 19 - 22 - də Tbilisidə üç Cənubi Qafqaz ölkəsinin iştirakı ilə "Cənubi Qafqazda qanunun aliliyi" mövzusunda regional konfrans keçiriləcək. Bundan əlavə, Cənubi Qafqaz ölkələrinin siyasi elmlər məktəbi arasında əməkdaşlığa dair bir alman fondu tərəfindən maliyyələşdirilən layihə üzərində işləyirik.

"Tesla" flaqman modellərinin qiymətini 5 min dollar artırıb
"Tesla" flaqman modellərinin qiymətini 5 min dollar artırıb
Azərbaycanda ipoteka və istehlak kreditlərinin həcmi artıb
Azərbaycanda ipoteka və istehlak kreditlərinin həcmi artıb
İqtisadiyyat naziri Atlantik Şurası Millennium Liderlik Proqramının məzunlarının suallarını cavablandırıb (FOTO)
İqtisadiyyat naziri Atlantik Şurası Millennium Liderlik Proqramının məzunlarının suallarını cavablandırıb (FOTO)
Loading Bars
Xəbər lenti
ABŞ-da avtomobil yarışları zamanı qəza olub, ölənlər və yaralananlar var
Qazaxıstanda koronavirusa daha 1 677 nəfər yoluxub
Sorğu: Baydenin reytinqi rekord dərəcədə düşüb
Kolumbiyanın ən böyük narkokartelinin başçısı saxlanılıb
"Tesla" flaqman modellərinin qiymətini 5 min dollar artırıb
Almaniyada koronavirusa yoluxma hallarının sayı rekord dərəcədə artıb
Fransada sanitar buraxılışlara qarşı etiraz aksiyalarında 40 minə yaxın insan iştirak edib
Ferstappen "Formula-1" üzrə ABŞ Qran Prisinin təsnifatının qalibi olub
Türkiyədə son sutkada koronavirusdan 27 663 nəfər sağalıb
Bu gün Özbəksitanda prezident seçkiləri keçiriləcək
Çində 2,24 milyard peyvənd istifadə edilib
Azərbaycanda sərnişinlərin istifadə etdiyi əsas nəqliyyat vasitələri bunlardır
Zəfər xronikası 24 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin Fransanın “Figaro” qəzetinə müsahibəsi (FOTO/VİDEO)
44 günlük Vətən müharibəsinin xronikası: 24 oktyabr
Azərbaycanda ipoteka və istehlak kreditlərinin həcmi artıb
ABŞ-da atışma olub: 1 nəfər ölüb, 7 nəfər yaralanıb
Bakıda mənzildən kişi meyiti tapılıb
Britaniyada koronavirusa 44 mindən çox yeni yoluxma halı qeydə alınıb
Ombudsmanın faktaraşdırıcı missiyaları ilə bağlı hesabatları Frankfurt Beynəlxalq Kitab Sərgisində nümayiş etdirilir
Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevlə Zəngilana səfərdən fotolar paylaşıb (FOTO)
Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim başa çatıb (VİDEO)
Ceyhun Bayramovun iranlı həmkarı ilə telefon danışığı baş tutub
Ərdoğan 10 ölkənin səfirini "persona non-qrata" elan etməyi tələb edib
Araik Arutyunyanın Rusiyaya səfəri yalnız şəxsi xarakter daşıyır - Azərbaycanın Rusiyadakı Səfirliyi
Qubada 2 otaqlı ev yanıb
Mingəçevir Dövlət Universitetində şəhid məzunların xatirəsinə həsr olunan anım tədbiri keçirilib (FOTO)
Aslan Aslanov: Türk dünyasının birliyinin və güclənməsinin əhəmiyyətini Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hələ illər öncə təkrar-təkrar vurğulayıb (FOTO)
Ermənistan: Uzaq məsafədən millətçiliyin çoxsaylı təhlükələri - Fransa jurnalı
Azərbaycanda indiyədək COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 2 315 nəfər COVID-19-a yoluxub, 22 nəfər vəfat edib
İqtisadiyyat naziri Atlantik Şurası Millennium Liderlik Proqramının məzunlarının suallarını cavablandırıb (FOTO)
Qədim Nuh yurdu Naxçıvana nə üçün getməli? - REPORTAJ
Azərbaycan XİN Macarıstanı təbrik edib
Samuxda karantin qaydalarını pozan toy sahibi cərimələnib (FOTO)
Birinci vitse-prezident Mehriban Əliyeva: Allah xalqımızı qorusun! (VİDEO)
Buster doza koronavirusa qalib gəlmək yolunda növbəti addımdır - Təyyar Eyvazov
Bərdə sakinlərindən “patı” və heroin götürülüb (FOTO)
Covid-19 pasportunu saxta yollarla əldə edən və onu satan şəxslər saxlanılıb (VİDEO)
Ekvadorda yüngül atlet güllələnib
İranda koronavirusdan ölənlərin sayı 125 min nəfəri keçib
Canəli Əkbərov hər zaman muğam sənətini yüksək səviyyədə təmsil edib - Polad Bülbüloğlu
Bərdə və Ağcabədidə COVİD-19-a qarşı reyd keçirilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Canəli Əkbərovun vəfatı ilə əlaqədar nekroloq imzalayıblar
Londonda Vətən müharibəsinin ildönümünə həsr olunmuş tədbir keçiriləcək
Hacıqabulda ictimai nəqliyyatda tibbi maska ilə bağlı reyd keçirilib
Bakıda restorana gedən koronavirus xəstəsi saxlanıldı
Şəkidə qənnadı istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb (FOTO)
“Naxçıvan şəhidləri” kitabının təqdimatı olub (FOTO/VİDEO)
Xızı və Şabranda COVİD-19-a qarşı tədbirlər gücləndirilib (FOTO)
Şəhid Əliyev İbrahimin doğum günü məzarı önündə qeyd olunub (FOTO)
İşğaldan azad edilmiş ərazilərə icazəsiz daxil olmaq istəyən şəxslər saxlanılıb (FOTO)
Hazırda tədavüldə olan milli valyutanın nominal strukturu beynəlxalq təcrübəyə tam uyğundur - Mərkəzi Bank
Xəzər dənizində mina aşkarlanıb (FOTO/VİDEO)
Azərbaycanda mobil operatorların gəlirləri açıqlanıb
Rusiyada koronavirusdan ölənlərin sayı 230 minə çatır
Ötən gün toylarda 13 nəfər cərimələnib (FOTO/VİDEO)
Şəmkirdə şadlıq sarayının rəhbəri cəzalandırılıb
Ərini boğaraq öldürən qadının məhkəməsi başlayır
Bakıda 27 yaşlı qadın itkin düşüb
Bazar günü hava necə olacaq?
Türkiyə ABŞ-dan F-16-ların satın alınması proseduruna start verib - Akar
Azərbaycanda stolüstü kompüterlərin istehsalı xeyli artıb
Ermənistanla Azərbaycan arasında iki yeni sənədin imzalanması gözlənilir
Karantini pozan restoran dörd min manat cərimələndi
Müdafiə naziri Laçında keçirilən komanda-qərargah təlimini izləyib (FOTO/VİDEO)
ƏƏSMN vətəndaş müraciətlərinin sayını açıqlayıb
9 ayda ölkədə 57 partlayış olub, 9 nəfər ölüb
"YAŞAT" Fonduna daxil olan vəsaitlərin 43 faizdən çoxu şəhid və qazi ailələrinin məişət probleminə xərclənib
Qazaxıstan Xəzər dənizi ilə bağlı sənədi ratifikasiya edib
Bu il baş verən təbii hadisələrdə 2 nəfər ölüb
Bu il Azərbaycanda təbii və texnogen hadisələrin sayı artıb
Qonaq getmək istəyən koronavirus xəstəsi yolda saxlanılıb
Azərbaycan nefti bahalaşıb
Hindistanda qar uçqununda 11 nəfər həlak olub
Sabirabadda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi saxlanılıb
Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycana qoyduğu investisiyanın həcmini açıqladı
Meksika Milli Tarix və Coğrafiya Akademiyasında müstəqilliyimizin bərpasının 30 illiyinə həsr edilmiş təqdimat olub (FOTO)
Bakı Kitab Mərkəzində "Xayku Xəzərin dalğalarında" respublika müsabiqəsinə yekun vurulub (FOTO)
Tayvanda 5,3 bal gücündə zəlzələ baş verib
NASA gələn il Aya ilk uçuşu planlaşdırır
Tunisdə vaksinasiya pasportları tətbiq olunacaq
Facebook-un mümkün yeni adı məlum oldu
Qətərdə futbol üzrə dünya çempionatını qəbul edəcək "Əl-Tumama" stadionu açılıb
"Rik" tropik fırtınası Meksikanın Sakit okean sahillərində yaranıb
Türkiyədə son sutkada koronavirusdan 30 302 nəfər sağalıb
Pakistanın şimal-şərqində iğtişaşlar zamanı üç polis əməkdaşı ölüb
Mədəniyyət Nazirliyi Canəli Əkbərovun ölümü ilə bağlı nekroloq yayıb
Gəncə sakini mənzildə halsız vəziyyətdə aşkar edilib
44 günlük Vətən müharibəsinin xronikası: 23 oktyabr
"Apple" ardıcıl doqquz ildir ki, dünyanın ən qiymətli brendi olaraq qalır
Yaponiya öz "nüvə potensialını" bərpa edəcək
Xalq artisti Canəli Əkbərov vəfat edib
ABŞ-da Əfqanıstanlı qaçqınlara yardım üçün 976 milyon dollara qədər vəsait ayrılacaq
Zəngilanın iqtisadi və turizm baxımından böyük potensialı var - ŞƏRH
Türk Dünyası (turkic.world) layihəsi İstanbulda keçirilən Türk Şurasının Media forumunda təqdim olunub (FOTO)
Azərbaycan əhalisinin banklarda nə qədər pulu var? - RƏSMİ
DGK sədri "Xanoba" gömrük postunda aparılan tikinti işləri ilə tanış olub
Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin ictimaiyyət nümayəndələri ilə hər bir görüşü Böyük Qayıdışın təqdimatıdır - Vüqar Rəhimzadə
Fransa məhkəməsi Hadrutun keçmiş separatçı rəhbərliyi ilə imzalanmış daha bir qanunsuz sənədi ləğv etdi
Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim davam edir (VİDEO)
Bütün xəbərlər