Gürcüstan, Tbilisi, 31 oktyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Birləşmiş Gürcüstan müxalifəti noyabrın 7-də keçiriləcək etiraz aksiyası zamanı "İmedi" teleşirkətinin Badri Patarkatsişvilinin ailəsinə qaytarılmasını tələb edəcək, - Mühafizəkarlar Partiyasının liderlərindən biri Zviad Dzidziquri "İmedi"nin binası qarşısında keçirilmiş brifinqdə bildirib.
Onun sözlərinə görə, Gürcüstan müxalifəti teleşirkət uğrunda mübarizəni sonacan aparacaq.
"İmedi"nin qarşısında brifinq keçirilməsi iş adamının ad günü ilə bağlı olub. Mühafizəkarlar partiyasından sonra, teleşirkətin binası qarşısındakı aksiyanı "7 noyabr" hərəkatı aparıb. Onun üzvləri də "İmedi"nin Patarkatsişvilinin ailəsinə qaytarılmasını tələb edirlər. Bu hərəkatın nümayəndələri binanın girişində "etiraz dəhlizi"yaradiblar.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]