...

TrendNews-un müxbiri Qırğızıstanda ilin jurnalisti oldu

Siyasət Materials 5 Noyabr 2008 16:53 (UTC +04:00)

Qırğızıstan, Bişkek, 05noyabr/ Trend , müxbir R.Məşədihəsənli/ Trend -un Qırğızıstan müxbiri Bişkek şəhərində olan Beynəlxalq "TÜRKEL", "VƏTƏN" (Qazaxıstan) qəzetlərinin, Avrasiya dərgisi sayılan "Altın körpü" -nün baş redaktoru Ramiz Məşədihəsənli bu gün Qırğızıstanın xarici işlər naziri Ednan Karabayevin sərəncamı ilə, "İlin ən fəal jurnalisti" adına layiq görülməklə, Fəxri Fərmanla təltif olunub.

Təltif mərasimində XİN rəhbərliyi və mətbuat xidməti digər qalib jurnalistləri də təqdim edərək, onlara səmərəli əməkdaşlıq üçün təşəkkürlərini bildiriblər.

Müxbirimiz fəaliyyətə başladığı yarım il ərzində XİN-in Qırğızıstanın daxili və xarici siyasətini əks etdirən bünün materiallarını operativ və obyektiv şəkildə Trend Agentliyi vasitəsilə yayımladığı üçün Fəxri Fərmana layiq görülüb.

Xəbər lenti

Xəbər lenti